elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

17 мая 2016 г.

Kərimov Elvin Heydər oğlu

Kərimov Elvin Heydər oğlu 2006-cı il dekabrın 20-də Şamaxı rayon Sis kəndində anadan olub. Körpəlikdə çox nadinc uşaq olub. Amma  sevimli  olduğu üçün  həmişə sevilib. Kiçik yaşlarından başlayaraq yazmağa, oxumağa maraq göstərib. O, birinci sinfə gedəndə artıq yazıb, oxumağı bacarırdı. İndi də dərslərini yaxşı oxuyur.  Bir ildən artıqdır ki, cüdo idman növü ilə məşğuldur.  Bir sıra yarışlarda iştirak edib.
Elvin  məktəbə gedənəcən yazıb-oxumağı valideynlərindən öyrənib. O, rəsm çəkməyi də çox sevir.
Böyük qardaşı Murad məktəbə gedəndən bəri Elvində də məktəbə, elmə maraq yaranıb. Valideynləri böyük qardaşı Murada dərs ləövazimatları alarkən məcbur olub, Elvinə də alırmışlar. Kiçik yaşlarından qardaşıyla yaxşı mənada rəqabət aparıb Elvin.
İlk təhsilə Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 322 saylı məktəbdə başlayıb. Hal-hazırda da həmin məktəbdə təhsil alır. Dərs əlaçısıdır. Sinifdəki fəal şagirdlərdən biridir. Eyni zamanda sinif nümayəndəsi təyin olunub.  Onun bu uğurlarında  müəllimi Məlikova Nəzakət xanımın böyük əməyi var.
Elvin bütün fənnləri çox sevir, riyaziyyata marağı xüsusidir. Məktəbdə təşkil olunan bütün tədbirlərdə fəal iştirak edən Elvin, əsasən  tədbir aparıcısı vəzifəsini üstlənir. Eyni zamanda şeirlər də səsləndirir.
Elvinin ən sevdiyi günlər illik və yarımillik qiymətlərinin əla olmasını valideynlərinə çatdırdığı gündür. Çünki həmin gün valideynləri ürəkdən sevinir və üzləri gülür.
Qazandığı uğurlara görə valideynlərinə və qardaşına minnətdardı Elvin. Valideynləri onun gözəl təhsil alması üçün əllərindən gələni əsirgəmirlər. Böyüyüb ali məktəbə qəbul olmaq və sonra yenə təhsilini davam etdirib, alimlik dərəcəsi almaq arzusundadır.  Gələcəkdə savadlı, hüquqşunas olmaq istəyir, cəmiyyətdə olan haqqsızlıqları görüb bu qərara gəlib.
Asudə vaxtlarında idman edir, rəsmlər çəkir. Həm də bədii kitablar oxuyur.
Elvin dövləti, xalqı üçün yararlı kadr olmaq arzusundadır. Onun gələcək planları lap çoxdur .
Bu kiçik hüquqşünasa gələcək həyatında uğurlar arzulayırıq!

Комментариев нет:

Отправить комментарий