elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

5 мая 2016 г.

Əliyev Rəşad Rasim oğlu

Əliyev Rəşad Rasim oğlu 4 iyun 2004-cü il Naxçıvan şəhərində anadan olub. Uşaqlığı dəcəl və şıltaq uşaq olub. Yazıb-oxumağı bilirdi. Çünki uşaq evində müəlliməsi İlahə müəllimə öyrətmişdi. İstedadı rəqs etməkdir və 7 yaşında başlayıb. Nənəsi Almaz tərəfində məsləhət görülüb. Dərslərini yaxşı oxuyur. Ən çox sevdiyi fənn riyaziyyat fənnidir. Müəlliməsi Ülviyyə müəllimə hər zaman məsələ həllində birinci yerdə olduğunu deyirdi. Yeni il şənliklərində, məktəb tədbirləriində rəqs etmişdi. Ən maraqlı gün 4-cü sinif buraxılışında tədbirdə rəqs etmişdi və bunun direktor Teyyubə müəllimə tərəfindən bəyənildiyi üçün çox sevindi. Lada müəlliməyə özümü borclu bilirəm. Dənizçi olmaq istəyirəm. Əmim kimi geoloq olmaq istəyirəm, yeni kəşflər etmək istəyirəm. Kompyuterdə oyunlar oynayıram. Gələcək planlarım dənizçi olub, gəmilərlə səyahət etmək və başqa dövlətə getməkdir. Bunun üçün dərslərimi yaxşı oxumalıyam. Əlbəttə yaddaşlarda olmağı istəyirəm. Bunun üçün dərslərimi yaxşı oxumalıyam. Ona görə də mənə oxumağı-yazmağı öyrədən Ülviyyə müəlliməmə borcluyam. Yaxşı rəqs etdiyimə görə də Lada müəlliməmə təşəkkür edirəm. Biz əslində ailəmlə birlikdə Naxçıvan şəhərinin Culfa rayonunda yaşayırdıq. Sonra Bakı şəhərinə gəldik. Mən ailənin 2 uşağından böyük uşağam və 3 yaşında bacım var və mən bacımı çox sevirəm.


Комментариев нет:

Отправить комментарий