elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

23 сентября 2016 г.

Ağazadə Elnur Həmid oğlu

Elnur ailədə yeganə uşaqdır. Uşaq vaxtında heyvanlar aləminə böyük marağı olduğu üçün valideynləri ona çoxlu sayda uşaq ensiklopediyaları almışlar. Məktəbə gedənədək yazıb-oxumağı öyrənmişdi. Xalası onda müxtəlif şeir və hekayə kitablarına maraq oyatmışdı və çoxlu sayda yaş səviyyəsinə uyğun Azərbaycan və rus dillərində kitablar alırdı. Şəkil çəkməyə 3-4 yaşlarından, yazıb-oxumağa isə 5-6 yaşlarından həvəs göstərmişdir. Elnurun özünün də bütün bunlara böyük maraq göstərməsi onun inkişafına daha yaxşı təsir göstərmişdir.
Ağazadə Elnur Həmid oğlu 15 iyul 2000-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Nizami rayonundakı V. Sadıqov adına 214 saylı tam orta məktəbdə təhsil alır. Elnur dərslərini yaxşı oxuyur, ingilis dili və biologiya fənlərini isə böyük həvəslə oxuyur. Uşaqlıqdan rəsmə həvəs göstərdiyi üçün məktəbdən əlavə rəsm dərnəyinə də üzv olub. Yeniyetmə rəssam kimi Nizami rayon Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin xəttilə bir çox tədbirlərdə iştirak edib. Xalça üzərində çəkdiyi milli güləşçilərimizin rəsminə görə I yerə layiq görülüb. Həyatında ən maraqlı və uğurlu gün 4 yaşı olanda ilk əl işinin “Elli” jurnalında dərc olduğunu gördüyü gün olmuşdur. Bir çox dünya rəssamlarının yaradıcılığını izləsə də, özünəməxsus bir yol, iz qoymaq kimi arzuları var. Böyük sənətkarların yaradıcılığını izləməkdə davam edir. Düşünür ki, həmişə hər yaşda öyrənmək lazımdır.
Asudə vaxtlarında dostları ilə gəzməyə gedir, kömpüterdə hərbi oyunlara marağı çox böyükdür. Son zamanlar isə müxtəlif proqramların yazılmasını öyrənir, musiqi dinləməyi çox sevir. Elnur təbiəti sevir. Elnurun fikrincə, hər bir insan düşünmək, varlığının dəyərini bilmək, özünü dərk etmək üçün bəzən dənizin sahilinə, dağların döşünə sığınmalıdır.
Məktəbi müvəffəqiyyətlə bitirib, ali təhsil müəssisəsinə daxil olmaq və seçəcəyi ixtisasa uyğun savadlı mütəxəssis olmaq üçün mükəmməl çalışmaq lazım olduğunu düşünür.
Bu gün rəsm müəllimi Nərmin xanım Elnura yeniyetmə bir rəssam kimi xüsusi dəyər verir. Rəsmə böyük həvəsi olduğu üçün Elnur dünya şöhrətli rəssam olmaq istəyir. Yeni-yeni sənət əsərləri yaratmaqla, toxunulmamış mövzulara, yeniliyə, keçmişi unutmadan müasirliyə imza atmaq üçün çalışır.

Yeniyetmə rəssam dəfələrlə Azərbaycan televiziyasında yayımlanan “Dərsdən sonra” verilişinin iştirakçısı olub. 2012-ci ildə “Ən çox sevdiyim idman növü” və “Bu-mənim peşəmdir” müsabiqələrində I yerə layiq görülüb. 2014-cü ildə “Xocalı soyqırımı 22 il sonra şagirdlərin gözü ilə” adlı sərgi-tədbirin fəal iştirakçısı olduğu üçün diplomla, mərhum prezident Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda keçirilən rəsm müsabiqəsində fəal iştirakına görə fəxri fərmanla təltif olunub. 

Комментариев нет:

Отправить комментарий