elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

16 сентября 2016 г.

Yevdayeva Miriam İosif qızı

Miriam körpəlikdə ağıllı, sakit uşaq olub. Pianoda çalmağı, şəkil çəkməyi, rəqs etməyi sevirdi. Məktəbə gedənə qədər atasının köməyilə yazıb-oxumağı öyrənmişdi.
Yevdayeva Miriam İosif qızı 2005-ci ildə dekabrın 13-də İzrailin Xadera şəhərində anadan olmuşdur. İlk təhsilini Bakı şəhərindəki 23 saylı orta məktəbdə almağa başlayıb. Hazırda həmin məktəbdə təhsilini davam etirir.
Miriam: Dərslərimi əla qiymətlərlə oxuyuram. Ən çox sevdiyim fənnlər rus dili, ingilis dílí, riyaziyyatdır. Məktəbdə keçirilən bütün tədbirlərdə, bayramlarda fəal iştirak etmişəm. Tədbirlərdə mən şeirlər də demişəm, müxtəlif səhnəciklərdə rollar almışam. Xocalıya aid tədbirlərdə şeir demişəm. İdman yarışlarında iştirak etmişəm komandanın kapitanı olmuşam. “Zoluşka” və 12 ay səhnəciyində iştirak etmişəm. 8 Mart Beynəlxalq Qadınlar Günündə təşkil olunmuş “A nu ka devoçki" yarışında I yeri tutduğum gün yadımdan çıxmaz.
Çoxlu diplomlar almışam. 2012-ci ildə bal rəqsinə görə I yeri tutmuşam. 2013-cü ildə məktəbəddə riyaziyyat üzrə təqdim etdiyim layihəyə görə minnətdarlıq məktubu, 2014-cü ildə keçirilən layihələrdə, “Bakıım - mənim doğma diyarım” müsabiqəsində fəal iştirakıma görə sertifkatla təltif olunmuşam.
Əldə etdiyim uğur və nailiyyətlərimə görə valideynlərim və müəllimələrimə minətarığımı bildirirəm. Gələcəkdə modelyer-dizayner olub insanları gözəlləşdirmək niyyətindəyəm. Coco Şanelə oxşamaq, fəliyyətimdən dolayı ən yüksək zirvəyə ucalmaq istəyirəm.
Asudə vaxtlarmda rəsm çəkirəm, kitab oxuyuram, üzgüçülüklə məşqul oluram, rəqs edirəm, doslarımla vaxtını keçirməyi xoşlayıram. Pianoda ifa etməyi çox sevirəm.
Dərslərimi əla qiymətlərlə bitirib xaricdə ali təhsil almaq istəyirəm. Böyük nailiyyətlər əldə edərək tarixin yaddaşında əbədi olaraq qalmaq ən böyük arzumdur.
Biz də sənə gələcək pılanlarında nailiyyətlər arzu edirik. Uğurların bol olsun Miriam!

Комментариев нет:

Отправить комментарий