elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

14 сентября 2016 г.

Umudlu Turqut Rafiq oğlu

 
Turqut körpəlikdə ağlağan olub. Velosiped sürməyi, nağıllara qulaq asmağı xoşlayırdı. Məktəbə gedənə qədər hazırlıq kurslarına getdiyi üçün yazıb-oxumağı öyrənmişdi. İdmana marağı 7-8 yaşlarından yaranıb.                        
Umudlu Turqut Rafiq oğlu 2005-ci il martın 30-da Kürdəmir rayonu Şıxımlı kəndində anadan olmuşdur. İlk təhsilini Bakı şəhərindəki Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada almışdır. Dərslərini əla qiymətlərlə oxuyur. Tədris edilən bütün fənləri yüksək səviyyədə oxusa da ərəb dili, tarix, riyaziyyat fənlərinə xüsusi sevgisi var. Süleyman Sani Axundovla bağlı keçirilən tədbirdə aparıcı olub, eyni zamanda “Qaraca qız” nağıl-tamaşasında rol alıb.
Turqut: Həyatımda yaddaqalan günüm fəxri fərman aldığım günlər və idmanda medal aldığım gün olub. V sinifə kimi hər il əla oxuduğuma görə fəxri fərman almışam. “Qaraca qız” nağılında aparıcılığa görə fəxri fərman almışam.
Güləşdə iki dəfə I, bir dəfə də III yerə görə diplom almışam. Uğurlarıma görə valideynlərimə borcluyam. İdmanda Rəsul Cunayevə bənzəmək, Avropa, dünya çempionu olmaq istəyirəm. Gələcəkdə hüquq mühafizə sistemində çalışmaq istəyirəm.
Asudə vaxtlarımda futbol oynamağı xoşlayıram.

Gələcək planlarım orta təhsili əla qiymətlərlə başa vurub, ali məktəbə daxil olmaq və bunula yanaşı idmanla məşğul olmaq.Ttarixin yaddaşında qalmaq üçün idmanda uğur qazanıb bayrağımızı ucaltmaq istəyirəm. Redaksiya adınan sənə həyat yollarında uğur və nailiyyətlər arzu edirik.

Комментариев нет:

Отправить комментарий