Səmədli Ləman İlham qızı 16.11.2009-cu ildə Bakı şəhərində anadan olub. Ləman körpəlikdən ağıllı, sakit və təmkinli uşaq olub. Onun ən sevimli məşğuliyyətləri rəsm çəkmək və gəlinciklərinə paltar tikmək olub. Məktəbə gedənə qədər yazmağı, oxumağı, hesablamağı evdə anası , bağçada isə müəllimi tərəfindən öyrənmişdir. Səmədli Ləman Bakı şəhəri 87 saylı tam orta məktəbdə təhsil alır. Sinif əlaçısıdır. Tədris olunan bütün fənlərdən əla qiymətləri alır. Onun ən sevimli fənləri İngilis dili, təsviri incəsənət, riyaziyyat və texnologiyadır. Məktəblərində keçirilən bütün tədbir, bayram şənliklərində fəal iştirak edib. O, burada həkim, dovşan obrazlarını oynayıb, milli rəqslərimizi və qaraçı rəqsini tədbir iştirakçılarına böyük məharət ilə nümayiş etdirib. Ləman imtahanda uğurlu nəticələr əldə etdiyi günləri ən uğurlu günü hesab edir. O, Şəngülüm, Şümgülüm, Məngülüm rolunda uğurlu çıxışına görə diplom ilə təltif olunub. 2-ci sinifiəla qiymətlərlə bitirdiyinə görə fəxri fərman əldə edib. 3-cü sinifdə isə Riyaziyyat üzrə bilik yarışmasında ikinci yerə layiq görülüb. Ləmanın gələcək planları ən yüksək balla ali məktəbə qəbul olmaqdır. O, həkim peşəsinə sahib olmaq istəyir. Çarəsiz xəstələrə şəfa verə bilmək ən böyük arzusudur. Bu qərara uşaq yaşlarından gəlib.
Asudə vaxtlarında kitab oxumağı, rəsm çəkməyi çox sevir. Ləman bilik, bacarıqlarını daha da təkminləşdirib Vətəninə, millətinə xeyirli bir şəxsiyyət olaraq yetişmək istəyir.
Ugurlarin dahada bol olsun canimiz Lemanimiz
ОтветитьУдалитьJungkook uğurların bol olsun💜
ОтветитьУдалить