elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

8 октября 2012 г.

Babayeva Vəfa İzafətdin qızı

Vəfa ailənin ilk nəvəsi olub. Onun dünyaya gəlməsini böyük sevinclə qarşılamışdılar. Körpəlikdə müşahidə eləməyi çox sevirdi. Hamının sevimlisi olub. Məktəbə gedənə qədər qələm tutmağı, bəzi hərflərin yazılışını ona anası öyrədib.
Vəfa balacalıqda məktəbə gedən uşaqlara həsədlə baxırdı. Məktəbə qədəm qoyduğu ilk gündən dərslərə olan marağı, verilən hər bir tapşırığın öhdəsindən bacarıqla gəlməsi, nümunəvi davranışı Vəfanı müəllimlərin sevimlisinə çevirdi.
4-5 yaşlarından harada piano görsəydi böyük maraqla onu səsləndirmək istəyirdi. Musiqiyə olan həvəsi 1993-cü ildə Vəfanın 37 saylı Uşaq Musiqi Məktəbinin fortepiano sinfinə daxil olmasına səbəb oldu. 2000-ci ildə musiqi məktəbini əla qiymətlərlə bitirdi.
Vəfa İzafətdin qızı Babayeva 1984-cü il oktyabrın 28-də Bakı şəhərində anadan olub. 1990-cı ildə Bakı şəhəri Hövsan qəsəbəsi 280 saylı orta məktəbin I sinfinə gedib. 9 il burada təhsil alıb. 1999-cu ildə Kimya-Biologiya Təmayüllü liseyə daxil olub. 2001-ci ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya fakültəsinə qəbul olub. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının aspirantura pilləsinə qəbul olundu. Hazırda AMEA-nın Kimya Problemləri İnstitutunda kiçik elmi işçi vəzifəsində çalışır, həmçinin burada elmi işini yerinə yetirir.
Orta məktəbdə oxuyarkən kimya fənninə xüsusi marağı olub. Bu marağı onda müəllimləri yaradıb. Əsasən də Kimya-Biologiya Təmayüllü liseyin müəllimi Qədir Məmmədov. Orta məktəbdə əlaçı olub. Daha çox dəqiq fənləri sevirdi.
Ali məktəbdə də dərslərini yaxşı oxuyub. Elə bunun nəticəsidir ki, hazırda aspirantdır.
Qəbul imtahanlarında göstərdiyi nəticələrə görə lisey müəllimlərinə minnətdardır.
Asudə vaxtlarında musiqiyə qulaq asmağı, intelletktual verilişlərə baxmağı çox sevir. İnternetlə maraqlanır.
Seçdiyi sahədə uğur əldə etmək istəyir. Bunun üçün yeni kəşflər etməyə çalışır və artıq demək olar ki, buna nail olmaq üzrədir. Onun üçün ən böyük uğur ilk növbədə kimya elmləri namizədi, daha sonra professor adını almaq olardı. Bunun üçün böyük səylə çalışır. İnistitun labarotoriyasında elm işi icra edir. Yeni birləşmələrə sintez edir. Laboratoriyada sintez olunan kompleks birləşmələr sənayedə və tibbdə tətbiq oluna bilər. Apardığı elmi işlə bağlı bir sıra tezis məqalə çap olunub və bu işi davam etmək fikrindədir. 

Комментариев нет:

Отправить комментарий