elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

4 октября 2012 г.

Hüseynov Emin Məhəmmədəli oğlu


Emin körpəlikdən çılğın təbiətli, çevik uşaq olub. Ev quşlarını çox sevirdi. Balaca vaxtlarından xobbisi nağıl kitablarını oxumaq idi.
Emin Məhəmmədəli oğlu Hüseynov 1983-cü il dekabrın 30-da İmişli rayonunda anadan olub. 1990-cı ildə İmişli rayon N. Nərimanov adına 1 saylı orta məktəbə daxil olub, 2000-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib. 2001-ci ildə 602 balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub. 2007-ci ildə həmin universiteti bitirib. Peşəsinə mükəmməl yiyələnmək üçün 2007-ci ildə Kazan Tibb Universitetinin ümumi cərrahiyə üzrə ordinaturasına daxil olub. 2010-cu ildə Kazan Dövlət Tibb Universitetinin ümumi cərrahiyə üzrə ordinatura şöbəsini yüksək biliklə başa vurmuş, təhsil aldığı müddətdə professor və müəllim heyətinin rəğbətini qazanmışdır. Oxuduğu müddətdə Moskva şəhərində keçirilən xaricdə təhsil alan Azərbaycan tələbələrinin “Gənclər Forum”unda iştirak etmişdir. Hazırda Kazan şəhərində ixtisası üzrə həkim kimi fəaliyyət göstərir. Sevimli məşğuliyyəti kitab oxumaq olub. Çünki savadlı həkim kimi insanlara sağlamlıq bəxş etmək istəyir.
Orta məktəb illərində bütün fənləri eyni dərəcədə mənimsəməyə çalışıb. Xüsusilə kimya, biologiya, fizika, ana dili və ədəbiyyat fənlərinə marağı çox olub. Məktəbin ictimai işlərində və idman yarışlarında fəal iştirak edib. Ali məktəbdə oxuyarkən də dərslərini yaxşı və əla qiymətlərlə oxuyub. Sevimli fənləri histologiya, patoloji anatomiya və başqaları idi. Ali məktəbin ictimai işlərində fəal iştirak edib.
Həyatında ən maraqlı gün I sinfə qədəm qoyduğu, ən uğurlu gün isə 602 balla universitetə qəbul olduğu gündür. İxtisasına görə valideynlərinə, orta məktəbdə müəllimlərinə və universitetin müəllim və professor heyətinə minnətdar olduğunu deyir. Məşhur cərrah Mustafa Topçubaşov onun idealıdır.
Emin: “ - Qəbul imtahanlarında göstərdiyi nəticələrə görə orta məktəb müəllimləri Nizami, Təvəkkül, və Aybəniz, Nərgiz müəllimlər borcludur. Bəzən işıq sönəndə lampa işığında gecə səhərə kimi kitab oxuyurdu.
Ali məktəbi bitirdikdən sonra doğma rayonumuzda işləmək istəyirəm.
Asudə vaxtlarında kitab oxuyuram, kompüterlə məşğul oluram, tibbi yeniliklərlə maraqlanıram. Fəaliyyətim barədə “Həqiqət və reallıq” qəzetində məqalə geniş dərc olunmuşdur”. 

Комментариев нет:

Отправить комментарий