elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

3 октября 2012 г.

Yüksək nailiyətlər qazanacaq (Əsədov Cəfər Xəlil oğlu)

1983-cü ildə martın 24-də Bakı şəhərində anadan olan Cəfər Əsədovun adını nənəsi Mehparə xanım qoyub.
Məhz bu adı qoymasının səbəbi isə nəvəsini mərhum həyat yoldaşı kimi savadlı, ağıllı görmək idi.
Cəfər körpəlikdə sakit, üzüyola uşaq olub. Oyuncaq avtomobil kolleksiyası yığmağa və intellektual oyunlara böyük maraq göstərirdi. Məktəbə gedənə kimi yazıb-oxumağı, hesabı və şeir parçaları öyrənmişdi.
İbtidai təhsilini 1990-cı ildə N. Nərimanov rayonundakı 178 saylı orta məktəbdə alan Cəfər bütün fənləri eyni maraqla və həvəslə sevib. 1999-cu ildə Nərimanov rayonu üzrə “İlin ən yaxşı şagirdi” adına layiq görülüb.
2000-ci ildə məktəbi əla qiymətlərlə başa vuran Cəfər 637 balla Azərbaycan Dövlət Neft Akademiyasının iqtisadiyyat, beynəlxalq iqtisadi münasibətlər və menecment fakültəsinə daxil olub. O, ali məktəbdə təşkil olunan olimpiadalarda və elmi konfranslarda da fəal iştirak etmiş, həmçinin təhsil aldığı fakültənin Tələbə Elmi Cəmiyyətinin sədri olmuşdur.
2006-cı ildə həmin fakültəni magistr pilləsi üzrə fərqlənmə diplomu ilə başa vuran Cəfər elə həmin ildə müsabiqə yolu ilə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasına daxil olmuşdur. Təhsildən əlavə üzgüçülüklə də məşğul olur.
İqtisad elmləri namizədi, dosent Mətləb Mehrəliyev Cəfərin gələcəyin sayılıb-seçilən alimlərindən, elm xadimlərindən biri olması üçün kifayət qədər elmi potensialının, təfəkkürünün olduğunu söyləyir və onun gələcəkdə alim, mütəfəkkir kimi tanınıb seviləcəyinə böyük ümid bəsləyir. 
178 saylı məktəbin direktoru Yusif Məmmədov Cəfərin gələcəkdə adlı-sanlı alim, tanınmış mütəxəssis, qeyrətli vətəndaş olacağına inanır və ona karyerasında nailiyyətlər diləyir.
Asudə vaxtlarını maraqlı və səmərəli keçirməyi xoşlayan Cəfər bədii kitablar oxumaqdan və üzgüçülüklə məşğul olmaqdan böyük zövq alır.
Xoşbəxtliyi müəllimlərinin və valideynlərinin etimadını doğrultmaqda görən Cəfər, dünya şöhrətli mütəxəssis olmağı ən böyük xoşbəxtlik hesab edir.
Hər bir kəs kimi Cəfər də tarixin yaddaşında güclü mütəxəssis kimi qalmağı düşünür. Bunun üçün o, savadı və dünyagörüşü ilə yüksək nailiyyətlər qazanacağına əmindir. 

Комментариев нет:

Отправить комментарий