elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

1 февраля 2016 г.

Bəşirov Rəhim Mehman oğlu

 
Adımı atam qoyub. Rəhim adı Allah-Təalanın quranda gözəl, bəyənilmiş adıdır. Kiçik yaşlarımdan idmana həvəsim olub. Güləşi çox sevmişəm. Məktəbə gedənə qədər yazmağı uşaq bağçasında tərbiyəçilər tərəfindən və valideynlərimin köməyi ilə öyrənmişəm. 1997-ci ilin yanvar ayının 25-də Bakı şəhərində anadan olmuşam. İlk təhsilimi S.C Pişavarı adına orta məktəbdə almışam. Həmin məktəbin 9-cu sinfini bitirdikdən sonra Azərbaycan Respublikası Dövlət Dəmiryolu liseyinə qəbul olmuş, 29 may 2015-ci ildə həmin liseyi bitirmişəm. Təhsildən əlavə məşğuliyyətim idman olub. İxtisasım Dəmiryolu stansiyasının növbətçisidir. İxtisasıma maraq liseydə oxuduğum müddətdə yaranıb. Məndə bu marağı liseydə tədris müəlimim Əliqulu müəllim yaradıb. Orta məktəbdə dərslərimi normal oxumuşam. Elmi yarışlarda iştirak etməmişəm. İctimai işlərdə təşkilatçılıq etmişəm. Sərbəst güləş üzrə Respublika idman yarışlarında iştirak etmişəm. Azərbaycan Respublikası Təhsil Nazirliyi Dövlət Dəmiryolu liseyinin 2015-ci ildə “Təşəkkürnaməsini” almışam.
Övladım körpəlikdə maraqlı uşaq olub. Xoşladığı məşğuliyyəti idman növü sərbəst güləş olub. Məktəbə qədər yazıb-oxumağı uşaq bağçasında və bizim köməyimizlə öyrənib. İstedadıyla bağlı maraq övladıma 6 yaşından yaranıb. Onda bu maraq idmana olan həvəsdən yaranıb. Bəşirov Rəhim Mehman oğlu 1997-ci ilin yanvarın 25-də Bakı şəhərində anadan olub. İlk təhsilini S.C.Pişavari adına orta məktəbdə alıb. IX sinfi bitirdikdən sonra Azərbaycan Respublikası Dövlət Dəmiryolu liseyinə qəbul olmuş 29 may 2015-ci il tarxidə bitirmişdir. Hazırda hərbi xidmətdəyəm. Dərslərimi yaxşı oxumuşam. Bütün fənləri sevmişəm. Oxuduğum müddətdə məktəbdə olan bütün tədbirlərdə, mərasimlərdə, bayramlarda aparıcı rolunda iştirak etmişəm. Həyatımda ən maraqlı gün məktəbi qurtardığım gün olub. Hadisələrə gəldikdə isə Respublika üzrə sərbəst güləş üzrə qazandığım nailiyyətlər olub. 2009-2015-ci ilə qədər keçirilən sərbəst gülə üzrə yarışmalarda iştirak etmiş və hər dəfə fərqlənmə diplomları almışam. Əldə etdiyim uğur və nailiyyətlərə görə özümü valideynlərimə və müəllimlərə borclu bilirəm. Fəaliyyətimdən dolayı atama oxşamaq istərdim. Fəaliyyətimdə həmişə yüksək zirvəyə qalxmaq, güləşdə birinci olmağı arzu edirəm. Lap kiçik yaşlarımdan atamın polis zabiti olması ilə əlaqədar mən də bu fikrə düşmüşəm. Asudə vaxtlarımda kompyuter və internetlə məşğul olmağı xoşlayıram. Bədii yaradıcılıq sahəsində şeirə çox üstünlük verirəm. Gələcək planlarıma gəldikdə hal-hazırda sərhəd qoşunlarında hərbi xidmətdəyəm. Allah qoysa, xidmətdən sonra oxumağı, işləməyi və gözəl ailə qurmağı qarşıma məqsəd qoymuşam. Tarixin yaddaşında yaşamaq üçün gərək cəmiyyət içərisində böyük bir məqama yüksələsən, bu da olduqca məsuliyyətli və cavabdehli yoldur. Bir də tarixin yaddaşında qalmaq, torpaqlarımızın işğal altından azad olunması yolunda, fədakarlıqla döyüşüb, Şəhid məqamına yüksəlməklə olar.

Комментариев нет:

Отправить комментарий