elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

24 февраля 2016 г.

İsmayılova Elvira Məhəmməd qızı

İsmayılova Elvira Məhəmməd qızı 2002-ci ildə Rusiya Federasiyasının Murmansk vilayətində dünyaya göz açmışdır. Körpəlikdə çox sakit və olduqca şirin bir qız olan Elvira 3 yaşından 6 yaşınadək Murmanskda yerləşən rəqs məktəbinə getmişdir. Orada yaşadığı müddətdə rus dilində yazıb oxumağı bacarmış, Azərbaycana gəldikdən sonra isə Azərbaycan dilini öyrənmək üçün xüsusi müəllim tərəfindən hazırlaşdırılmışdır. Uşqalıqdan incəsənətə böyük həvəs göstərmiş, rəqslə məşğul olmuş, bir-birindən rəngarəng rəsmlər çəkmişdir. Bundan əlavə o, mahnı oxumağı da çox sevirdi. Belə çoxtərəfli həvəskarlığına səbəb isə Murmanskda getdiyi bağçada həm musiqi, həm rəqs, həm də rəsm dərnəklərinin olması idi. 2009-cu ildə Bakı şəhərində Nərimanov rayon 193 saylı orta məktəbdə ilk təhsilini almağa başlamışdır. Hazırda da həmin məktəbin 7-ci sinif şagirdidir. Oxuduğu sinifdə əlaçı olması ilə seçilir. Dərslərində əla qiymətlər alması ilə yanaşı Elvira həm də məktəbin bütün tədbirlərində fəal iştirak edir, xor və şeir dərnəklərinin, eləcə də “Riyaziyyat akademiyası”nın üzvüdür. Məktəbdə təşkil olunan sərgilərdə çəkdiyi rəsmlərlə iştirak edir. Həyatının uğurlu günlərindən biri kimi o, məktəbdə öz fərdi sərgisinin keçirildiyi günü xüsusi vurğulayır. Çünki bu onun özünə aid bir sərgi idi, başqa heç kimin. Elvira əldə etdiyi nailiyyətlərə görə özünü ilk növbədə valideynlərinə və müəllimlərinə borclu sayır. Amma onun fikrincə, insan həyatda hər şeyə özü nail olmalıdır. Kiminsə, yaxud kimlərinsə hesabına yox. Hər bir insanın öz imzası və tərzi olmalıdır. Elvira da məhz öz bacarığı ilə artıq müəyyən kütlə içərisində öz layiqli yerini tutub. O təkcə kağız üzərində şəkillər çəkməklə yetinmir, kətan üzərində yağlı boyalarla da rəsmlər çəkir. Rəssamlığa başladığı ilk vaxtlarda vərəq üzərində pastel tonlarla, rəngli qələmlərlə sadə rəsmlər çəkirdi. Hazırda onun vərəq üzərində 50-yə yaxın şəkli var. Bundan başqa, iki ilə yaxın bir müddətdir ki, Elviranın kətan üzərində yağlı boyalarla rəsmləri var. Xüsusi əl işləri sahəsində isə onun müxtəlif materiallardan, ipək parçalardan, gildən, kağızlardan əl işləri vardır. Elviranın sözlərinə görə, o, rəsmlə məşğul olarkən daxilindəki bütün mənfi enerjini atır, pis auradan uzaqlaşır. Rəssamlığın bu xüsusiyyəti Elviraya bu sahəni sevdirmişdir. Elviranın fəaliyyəti mediada da işıq üzü görmüşdür. “Savalan” qəzetinin 26-31 may 2015-ci il buraxılışında “Rəngləri dost bilən qız” başlığı ilə məqalə yerləşdirilmişdir. Bu məqalədə həm də Elviranın 21 apreldə keçirdiyi sərgisi, onun rəssamlıq fəaliyyəti haqqında söhbət açılmışdır. Lider Tv-də də onun bu sərgisi haqqında video çarx yayımlanmışdır. Bütün bunlar onun yaşının az olmasına baxmayaraq tanınmasına gətirib çıxarmışdır. Elviranın əsil məqsədi də gələcəkdə öz bacarığı və fəaliyyəti ilə məşhur olmaq, sərgiləri ilə dünya ölkələrini gəzməkdir. Nümunəvi bir insan olmaq, tarixin yaddaşında qalmağı arzulayan Elvira yaxşı bilir ki, bunun üçün məqsədlər üzərində daim çalışmaq lazımdır.

Комментариев нет:

Отправить комментарий