elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

14 февраля 2016 г.

Hacıyeva Fatimə Nurşad qızı


Hacıyeva Fatimə Nurşad qızı 2001-ci il yanvarın 2-də Bakı şəhərində anadan olub. Fatimə çox sakit və sevimli uşaq olub. Hələ körpəlikdən hər şeylə maraqlanan və maraqlandıqları haqqında məntiqi suallar verən bir uşaq olub. Uşaqlıqdan rəsm çəkməyi və pianino çalmağı xoşlayıb. O, məktəbə getməmişdən əvvəl də oxu­yub-yazmağı bacarıb. Valideynləri Fatimənin yaxşı qavrayan uşaq olduğunu hiss edərək, onu məktəbə qədər hazırlıq kursuna yazdırıblar.
I sinfə Suraxanı rayo­nundakı 104 saylı tam orta məktəbdə başlayıb və hazırda həmin məktəbin 8b sinfində oxuyur. Onun ən sevimli fənləri ingilis və rus dilidir. Həyatının ən sevimli günü 9 fevral 2015-ci ildə olub. Bu tarixdə “İdrak” Elm Tədris Mərkəzində keçirilən “Dil öyrənirəm” yarışmasında birincilik qazanıb. Fəxri diplomla təltif olunub. Bu onun ikinci fərqlənməsi olub. Birinci fərqlənməsini hələ II sinifdə oxuyarkən məktəb rəhbərliyi tərəfindən alıb. İbtidai sinif müəllimi Minayə Əliyeva tərifnaməni təqdim edəndə ona söz verib ki, daim layiqli şagird olmağa calışacaq.
Əldə etdiyi uğur və nəaliyyətlərə görə valideynlərinə və müəllimlərinə borcludur. Qarşısına qoyduğu məqsəd ingilis dilini daha mükəmməl öyrənmək və bu yöndə işləməkdir.
O, asudə vaxtlarında musuqi ilə məşğul olur. Gələcəkdə Leyla Əliyeva kimi xarici ölkələrdə Azərbaycanın tarixini və mədəni irsini tanıtmağı arzu edir. Azərbaycan kimi zəngin dövləti xaricdə təmsil etmək üçün daha çox çalışmaq lazım olduğunu bilir. Ona görə də bu zirvəyə doğru addımlamaq onun qarşısındakı ilk məqsədidir.

Комментариев нет:

Отправить комментарий