elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

19 июня 2018 г.

Nəbiyev Bayram Atəş oğlu

Nəbiyev Bayram Atəş oğlu 29 noyabr 2011-ci ildə Bakı şəhərində dünyaya gözlərini açmışdır.  Bayram körpəlikdə çox sakit, mehriban, ağıllı uşaq olub. Pazl yığmağı çox xoşlayırdı. Hətta 3 yaşında 65-75 parçalı pazlları sərbəst yığırdı. Teatrlarda nağıl səhnəciklərinə baxmağı çox xoşlayırdı, bağçadakı səhnəciklərdə müxtəlif rollarda  həvəslə iştirak edirdi. Heyvanlara qarşı xüsusi marağı var.
5 yaşında fərdi hazırlığa getmişdir. Məktəbə getdiyi zaman artıq yazıb-oxumağı, 100 dairəsində hesablamaya qədər sərbəst bacarırdı.
Riyaziyyatla bağlı istedadı var. Çox güclü  yaddaşa malikdir. Kiçik yaşlarından cizgi filimlərinə baxa-baxa ingilis, rus dilində sözləri, rəngləri, sayları müstəqil olaraq heç kimin köməyi olmadan mənimsəmişdir.
Zaur Məmmədov adına 171 saylı tam  orta məktəbdə təhsilə başlamışdır.  Hal-hazırda məktəbin II sinif şagirdidir. Dərslərindən əla qiymətlər alır. Sinfin əlaçı şagirdlərindən biridir. Ən sevdiyi fənn əlbəttə ki, riyaziyyatdır.
Məktəbəqədər dövrü 315 saylı bağçada keçirmişdir. Orda olan tədbirlərdə yaxından iştirak etmiş,  müxtəlif rollarda çıxış etmiş, reqs edib, şeir söyləmişdir. Cümhuriyyətimizin 100 illiyi ilə bağlı keçirilən bilik yarışında fərqlənmə diploma  almışdır.
Bayram hər zaman ona dəstək olan valideynlərinə və müəlliminə özünü borclu bilir. Onlara öz minnətdarlığını bildirir. Həmçinin o, atasına oxşamaq istəyir. Gələcəkdə məktəbi əla qiymətlərlə bitirərək,  xaricdə ali təhsil almağı hədəfləmişdir. Bayramın ən böyük istəyi beyin cərrahı olmaqdır. Anasının arzusunu həyata keçirmək üçün bu fikrə düşüb. Asudə vaxtlarında futbol oynamaqla məşğul olur. Bayramın yaxın gələcəklə bağlı planları ibtidai sinifi bitirdikdən sonra "Dəyanət" liseynə qəbul olmağı hədəfləyir. Ali təhsili isə yuxarıda qeyd etdiyimiz kimi  xaricdə oxumaq istəyir. Bundan başqa o idmanla məşğul olmağı (aykido), ingilis dilini mükəmməl öyrənmək  qarşısına qoyduğu məqsədlərdəndir.  Bizdə öz növbəmizdə müsahibimizə yolun daim açıq olsun deyirik. Səsin hər zaman zirvələrdən gəlsin!

Комментариев нет:

Отправить комментарий