elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

12 июня 2018 г.

Rəsullu Raul Ramin oğlu

Rəsullu Raul Ramin oğlu 31 avqust 2011-ci il Bakı şəhərində dünyaya gözlərini açıb. Raul şirin,  toppuş, bəzən dəcəl,  özündən kiçiklərə qarşı qayğıkeş,  diqqətcil uşaq olub. Bağçada keçirilən tədbirlərdə məharətlə iştirak edib. Raul ilk biliklərini İndiqo uşaq bağçasında müəllimi Şəfiqə Fərzəliyeva tərəfindən öyrənmişdir. 
Müsahibimizin bacarıq və qabiliyyətinin formalaşmasında İndiqo uşaq bağçasının çox böyük rolu olub. Hər işin başında işini bilən, savadlı və qayğıkeş insan dayananda işin keyfiyyətidə yaxşı olur.  Buna görə də Samirə Muxtarovanın əməyi böyükdür. Keçirilən tədbir və imatahanlarda hələ bağçada olan zaman Raul hamının üzündə təbəssüm yaradırdı. 
İlk təhsil aldığı orta məktəb 257 nömrəli tam orta məktəbdir. Dərslərini əla oxuyur. Müəlliməsi əlaçıları elan edəndə o çox sevib. Çünki onun əlaçılar sırasında adı çəkilib. Ən sevdiyi fənlər Azərbaycan dili və riyaziyyatdır. Bağçada keçirilən tədbirdə kosa rolunda çıxış etmiş və izləyənləri  güldürməyi bacarmışdı. Mini Lisey Şagird İnkişaf Mərkəzində İngilis dilində qoyulan "Qırmızı Papaq" tamaşasında Canavar rolunu canlandırmışdır. Rus dram teatrında bir neçə dəfə "EDU.Com şirkəti və "Bağçam" Uşaq Pantamimo teatrının təşkilatçılığı ilə "Balaca Şahzadə" tamaşasında aktyorluq bacarıqlarını əks etdirmişdir. Vaxtını səmərəli təşkil edərək ev tapşırıqlarının icrasından sonra, dərnək və kurslarda  iştirak edirə. Məsələn: ART, Karate,  Teatr, Futboll və Ingilis dili.
Əldə etdiyi uğurlara görə valideynlərinə və müəllimələrinə öz minnətdarlığını bildirir.
Onun üçün zirvə önəmli deyil. Anası hər zaman onu məktəbə yola salanda deyir : "Raul sən ağıllı olsan, hər şey əldə edəcəksən". O da çalışır ki,  ailəsini ağılı,  tərbiyəsi və   savadı ilə sevindirsin. Gələcəkdə isə o  nazir olmaq  istəyir. 
Asudə vaxtlarında Mini Liseyə karate,  futboll, ev tapşırığının icrası, ART, ingilis dili və  s. məşğul olur. Pantomim teatrı, aktyorluq sənəti ilə məşğul olur. 
Gələcək hədəfi oxuyub savadlı bir şəxs kimi vətənimizə layiqli övlad olmaqdır. Həmçinin o hündür binaları söküb, yaşıllıqla zəngin böyük parklar düzəltmək istəyir.
 Bundan başqa müsahibimiz Atv kanalında "Ana Bala " verilişinin iştirakçısı olub. Biz isə öz növbəmizdə istedadlı müsabimizə yolun hər zaman açıq, uğurların bol olsun deyirik. Səsin hər zaman zirvələrdən gəlsin!


Комментариев нет:

Отправить комментарий