elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

17 марта 2018 г.

Əliyeva Nəzrin Elçin qızı

Əliyeva Nəzrin Elçin qızı 2009-cu il yanvar ayının 13-də Bakı şəhərində anadan olub.Nəzrin balamız uşaq olarkən sakit, ağıllı uşaq olub. O körpəlikdən şəkil çəkməyə maraq göstərir və özü-özünə sakitcə oynamağı xoşlayardı. Özü üçün oyuncaqlardan ev düzəldib oynayar və öz dünyasında rəngli karandaşlarla şəkillər çəkərdi. Məktəbə gedənə qədər hərfləri və rəqəmləri yazıb oxumağı bilirdi. Sadə misalları həll edir və üzündən tək sözlər oxuyurdu. Məktəbə getməyə can atardı. Hazırlıq kursunda hərfləri tək-tək öyrənmişdi. Sonra dövlət bağçasında daha da təkmilləşdirmişdir.Nəzrinin hərfləri öyrənməsində ibtidai məlliməsinin böyük rolu olmuşdur.O, 3 yaşından etibarən öz uşaq ağlı ilə şəkillər çəkər, ama çəkdiyi rəsmlər yaşıdları arasında fərqlənirdi. Hazırda Bakı şəhəri 100 nömrəli orta məktəbdə təhsil alır. Dərslərini yaxşı oxuyur ən çox sevdiyi fənn Azərbaycan dili fənnidir. Məktəblərində keçirilən “Bayraq” tədbirində, Vaqif Mustfazadə adına caz sərgisində öz əl işləri ilə iştirak etmişdir. Xalq rəssamı Tahir Salahovun ev muzeyində onun ad günü ilə bağlı 2 şəkli ilə iştirak etmişdir. Həmçinin Çexiyada dünya üzrə sərgidə də rəsmi ilə iştirak edib. İştirak etdiyi bütün sərgilərdə rəsmləri çox saylı qonaqlar tərəfindən bəyənilmiş və saytlara da yerləşdirilmişdir.Onun əsas məqsədi çəkdiyi rəsmləri hamıya tanıtmaqdır. 2017-ci il oktyabr ayında rayonlar üzrə iştirakına görə Fəxri Fərmana layiq görülmüşdür. 2017-ci il dekabrın 14-ündə Fövqaladə Hallar Nazirliyinin Respublika üzrə 3-cü yerə layiq görüldüm. K.Heydərov tərəfindən diplom verildi. İdman Nazirliyi tərəfindən diploma layiq görüldü və hədiyyələr təqdim edildi. Fövqaladə Hallar Nazirliyində çıxan jurnalda mənim üçün yer ayırdılar , şəklimi və əl işimi qoydular. Fövqaladə Hallar Nazirliyinin saytında da əl işini yerləşdirmişdilər.. 2018-ci ildə 20 yanvar faciəsinə çəkdiyi rəsmlər rayonlar arası rəsm müsabiqəsində 3-cü yerə layiq görülmüşdür və diplomla təltif olunmuşdur. Ən başda ailəsinə, ona dəstək çıxdıqları üçün müəllimlərinə onun rəsmlə bağlı istedadını üzə çıxardıqları üçün dərin təşəkkürlərini bildirir. Fəaliyyəti ilə bağlı xalq rəssamı Tahir Salahova oxşamaq istəyərdi. Onun yaratdığı rəsmlər Nəzrinin aləmində möcüzə kimidir.Arzusu isə Tahir Salahov kimi xalq ressamı olmaq və onun çəkdiyi qədər möhtəşəm rəsm əsərləri çəkmək istəyərdim.Boş zamanlarında isə riyaziyyatla məşğul olmağı və rəsm çəkməyi sevir. Gələcəkdə, istəyirəm ki, özümün balaca bir məkanı olsun və mən burada rəsmləri çəkib satışa çıxarım.Nəzrin gələcəkdə sahibi özü olduğu rəsm tablolarının satışını təşkil etdiyi mağazasının olmasını istəyir. Biz də öz növbəmizdə balaca Nəzrinə uğurlar arzulayırıq.

Комментариев нет:

Отправить комментарий