elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

17 марта 2018 г.

Baxşəli-zadə Nigar Emil qızı

 

 
Növbəti qəhrəmanımız Nigardır. Nigar körpəlikdə gülərüz, nadinc və hiperaktiv uşaq idi. Bir şox həmyaşıdları kimi hər bir şeyə maraq göstərər, rəsm çəkməyi sevərdi. Evin divarlarında rəsmlər çəkir, mozaika qurmagı sevir, evdə rastına məmulatlardan kimyagərlik etməyi sevərdi. Nigarda təsviri incəsənətə maraq bacısı Qəmərin çəkdiyi şəkillərdən ilhamlanaraq yaranmışdı.
İncəsənət Gimnaziyasının müəllimi Təranə Babayevanın sayəsində onun təsviri incəsənətə meyli daha da artdı. Təranə xanımdan aldığı dərslər onu daha da ilhamlandırırdı. Nigar gimnaziyada keçirilən sərgilərdə iştirak edərək fəxri fərmanlarla təltif olunmuşdur.
Baxşəli-zadə Nigar Emil qızı Bakı şəhərində dünyaya gəlmişdir. İbtidai təhsilini 236 saylı məktəbdə almış, hər zaman onun rəsmi əlaçılar lövhəsini bəzəmiş və sinif nümayəndəsi olmuşdur. O hazırda təhsilini Azərbaycan Milli Konservatoriyanın nəzdində Respublika İncəsənət Gimnaziyasının V sinfində davam etdirir. Dərslərini yaxşı oxuyur. Ən çox sevdiyi fənlər Azərbaycan dili, fransız dili, ingilis dilidir.
Nigar gimnaziyada keçirilən tədbirlərdə, sərgilərdə dəfələrlə iştirak etmiş, xarici ölkələrdə keçirilən bir neçə müsabiqədə rəsmləri sərgilənmişdir. Təsviri incəsənətdən əlavə o, gipslə işləməyi, toxuculuğu, tikişlə məşğul olmağı sevir. Tikiş müəllimi İqlimə İsmayılova onu daim həvəsləndirir. Oxuduğu məktəbdə konstruktorluğa, aktyorluğa da meyl göstərir.
O, həmçinin qardaşının şahmatla məşgul olmasından ilhamlanaraq uşaq yaşlarında Töfiq İsmayılov adına Uşaq və Yeniyetmələrin Yaradıcılq Sarayında idman ustalığına namizəd, Bakı Dövlət Universitetinin dosenti, 45 ildən çox şahmat müəllimi işləyən Fikrət Firuz oğlunun rəhbərliyi ilə şahmatın sirlərinə də yiyələnmişdir. Eyni zamanda həmin sarayda milli rəqsə getmiş, həm də İdman və Bal Rəqsləri Federasiyasının prezidenti Etibar Məmmədovun “Aypara” qrupunda Latın Amerikan və Avropa bal rəqslərinə yiyələnməyə başlamışdır.
Hazırda Nigar idman və bal rəqsləri üzrə dərslərini davam etdirir və bu sahədə birinciliklər əldə edir. “Gənc ulduzlar”, “Gözəllik və zəriflik”, “Parlayan ulduzlar”, “Yaz çələngi” və s. kimi açıq turnir və müsabiqələrdə “Aypara” qrupunun adı altında iştirak etmiş və I yeri əldə edərək diplom və medallarla təltif olunmuşdur. Bir neçə dəfə “Lider” və “İctimai” telekanallarında “Aypara” rəqs qrupuna qrupuna həsr olunmuş verilişlərdə onun da fəaliyyəti işıqlandırılmışdır.
Nigar rəqs, rəsmlə yanaşı həm də Kövkəb Səfərəliyeva adına 16 saylı Uşaq Musiqi Məktəbində skripka və fortepiano ilə də məşğul olur. Skripka dərslərini Firuz Səməd-zadə, fortepiano dərslərini isə Sevda xanımla Talıbovadan alır. Onda skripkaya maraq italyan skripkaçısı Nikola Paqanininin skripkada ifasını dinlədikdən sonra yaranmışdır.
Qəhrəmanımız təsviri incəsənətlə gimnaziyayla paralel olaraq Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbində də məşğul olur. Buradakı müəllimi Nigar Şıxəliyeva onun inkişafı üçün əlindən gələni əsirgəmir.
3 mart 2018-ci il tarixində Xətai Sənət Mərkəzində Novruz bayramı ilə əlaqədar keçirilən “Baharı birlikdə qarşılayaq” adlı sərgidə Nigarın da rəsmləri sərgilənməşdir.
Nigar ümumən çox nəcib ürəyə malikdir, daim qonşulara, əlillərə, qocalara, uşaqlara və yaxınlara bacardığı qədər köməklik göstərir. Elə bu xarakterindən dolayı gələcəkdə xeyriyyə təşkilatı yaratmaq arzusundadır.
Yaşı az olmasına baxmayaraq qəhərəmanımız bu günə kimi yaşıdları ilə müqayisədə xeyli uğur əldə edib. Təvazökar xasiyyətinə uyğun olaraq bu zamana qədər əldə etdiyi nailiyyətlərdə ailəsinin və müəllimlərinin xüsusi zəhməti olduğunu bildirir.
Nigarın məqsədi Rəssamlıq Akademiyasına qəbul olaraq rəssam, modelyer-dizayner olmaqdır. Rəsm əsərlərini dünya miqyaslı sərgilərdə nümayış etdirmək və şedevrlər yaratmaq fikrindədir. Həmçinin skripka və rəqs üzrə də daha çox qalibiyyətlər qazanaraq, peşəkar səhnədə çıxış etmək istəyir.
Asudə vaxtlarında rəsm çəkməyi, musiqiyə qulaq asmağı, toxumağı, ev məmulatları ilə kimyagərlik etməyi sevir. Həyətdə qardaşı Yaşarla birgə futbol, basketbol oynayır.
Tarixin yaddaşına Nikola Paqanini, Van Qoq, Leonardo Da Vinçi kimi məşhur olmaq, möhtəşəm əsərlər yaratmaqla düşmək istəyir.

Комментариев нет:

Отправить комментарий