elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

15 марта 2018 г.

Ağakişiyeva Gülnur Əhməd qızı

 
Ağakişiyeva Gülnur Əhməd qızı 2007-ci ilin sentyabrın 10-da Sumqayıt şəhərində anadan olub.  Gülnur körpəlikdən ağıllı, təmkinli, məntiqli, sakit təbiətli, fikirlərini lakonik ifadə etməyi bacaran və yüksək zəkaya malik bir uşaq idi. Onun sevdiyi məşğuliyyəti oriqami, heyvanlar və güllər  hazırlamaq olub. Gülnurun idman sahəsinə də böyük həvəsi var. O, 3 il bədii gimnastika ilə məşğul olub. Yaşının az olmasına baxmayaraq o, mətbəxdə anasına kömək etməyi xoşlayır. Gülnur səyahətə çıxmaqdan, təbiətin gözəlliklərini seyr etməkdən xüsusi zövq alır. Tarixi abidələr, piramidalar, müxtəlif xalqların keçmişi ilə bağlı tarixi flimlər onu çox maraqlandırır. Gülnuru yaşıdlarından fərqləndirən başlıca cəhət yüksək intellektual səviyyəsi və fərqli düşüncə tərzinin olmasıdır. Bir sözlə Gülnur körpəlikdən maraqlı uşaq olub. Məktəbə gedənə qədər hərfləri, rəqəmləri yazıb-oxumağı hazırlıq müəllimi və valideynləri tərəfindən öyrənib. Gülnur müxtəlif riyazi hesablamalar aparmağı çox sevir. Onun fitri istedadı atası tərəfindən 3 yaşından aşkarlanıb. Güclü məntiqi, riyazi bilikləri, gözəl əl qabiliyyəti onu daim fərqləndirib. Bunlardan ən başlıcası onun idarəcilik sistemində liderlik etmək xüsusiyyətinin olmasıdır.
Ağakişiyeva Gülnur ilk təhsilini 300 nömrəli məktəbdə alıb. Hazırda Bakı şəhəri 20 nömrəli məktəb-liseyinin V sinif şagirdidir. Gülnur məktəblərində tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur. Bu günə kimi bilik və bacarıqları yalnız beş ilə qiymətləndirilib. O, sinif nümayəndəsidir. Gülnur bütün fənlərin onun gələcək həyatında vacib rol oynadığını bilir. Tədris olunan bütün fənləri sevməsinə baxmayaraq onun ən sevdiyi fənləri riyaziyyat, ədəbiyyat və tarixdir. Gülnur məktəblərində keçirilən bütün tədbir və bayram şənliklərinin fəal üzvüdür. O, Yeni il bayramına həsr olunmuş şənlikdə “Qar qız” obrazını böyük məharətlə şənlik iştirakçılarına nümayiş etdirib. Tədbirlərin birində İngilis dilində aparıcılıq etmək işi ona həvalə olunub. Gülnurun bir çox televiziya kanallarında (Lider, Space, ANS, “İctimai, Xəzər),  mental arifmetika üzrə  bacarıqları nümayiş olunub. Eyni zamanda müxtəlif internet saytlarında onun haqqında məlumatlar yayımlanıb. O, 12 dekabr tarixində Atatürk mərkəzində keçirilən müstəqil Azərbaycan dövlətinin qurucusu,  ümummilli liderimiz Heydər Əliyevin anım mərasimində çıxış edib. Gülnur mental arifmetika, İngilis dilində sərbəst nitqinə, riyaziyyat fənni üzrə keçirilən bilik yarışmalarında birincilik əldə etdiyinə görə diplom və sertifikatla təltif olunub. Kaspi tədris mərkəzində yüksək zəka nümayiş etdirdiyinə görə də diploma layiq görülüb. Eyni zamanda məktəblərində təşkil olunan imla, inşa yarışmalarında birincilik əldə edərək diplom qazanıb. Gülnur bu günə qədər əldə etdiyi uğur və nailiyyətlərə görə valideynlərinə xüsusən də onun daim dəstəkçisi, dayağı olan atasına borclu olduğunu bildirir. O, fəaliyətindən dolayı Azərbaycan dövlətinin birinci xanımı olan  Mehriban Əliyevaya oxşamaq istəyir. Onun kimi xeyirxah, mehriban, ziyalı,peşəkar, daim xalqını, millətini düşünən və ən gözəl insani keyfiyyətləri özündə cəmləşdirən bir şəxsiyyət olmaq arzusundadır. O, Mehriban Əliyevanın müavini olaraq çalışmaq istəyir. Gülnurun ən böyük hədəflərindən biri də dünyanın ən məşhur təhsil ocaqlarından olan Harvard universitetinin məzunu olmaqdır. Məktəbə ilk qədəm qoyduğu gündən bu fikrə düşüb. O, gələcək həyatında müvəffəqiyyət qazanıb, özünə uğurlu yol seçə bilmək üçün ölməz liderimiz, mərhum Heydər Əliyev kimi iradəli, əzəmətli xarakterə sahib olmaq istəyir. Bu onun Heydər Əliyevə olan sonsuz sevgisi və ehtiramının göstəricisidir.  Gülnurun gələcək planları dil biliklərini təkminləşdirmək, ali məktəbə yüksək nəticələrlə  daxil ola bilmək və idman sahəsi üzrə uğurlar qazanmaqdır. Mərhəmət duyğuları olduqca yüksək olan Gülnur kimsəsiz uşaqlar üçün ən yaxşı şəraiti qurmaq, sahibsiz küçə heyvanları üçün sığınacaqlar yaratmaq istəyir. Müxtəlif mövzuda, iri həcmli kitabların müəllifi olmaq, çağdaş dövrümüzdə sosial şəbəkələr yönlü yeni kəşflər etmək niyyətindədir. O, bəddi yaradıcılığın ədəbiyyat sahəsi üzrə “Cek və macəraları” adlı kosmik, fantastik mövzulu kitabın müəllifidir. Gülnur Harvard universitetinin məzunu olaraq Vətəninə qayıdıb, Mehriban Əliyevanın müavini olaraq millətinə xeyirli övlad olmaq niyyətindədir.


1 комментарий:

  1. Salam. Məndə Gülnur Ağakişiyeva kimi Azerbaycanın istedadlı uşaqlarından biriyəm. Verdiyim linki sizdə həmçinin bura paylaşsanız çox sevinərdim : https://thejabbarovlatif.blogspot.com/2022/10/ltif-cabbarov-turan-oglu.html?m=1

    ОтветитьУдалить