elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

17 марта 2018 г.

Məmmədov Ziya Orxan oğlu


Məmmədov Ziya Orxan oğlu 20 aprel 2010- cu ildə Bakı şəhərində anadan olub. Ziya körpəlikdən çox nadinc və hiperaktiv uşaq olub. O, tez bir zamanda ünsiyyət qurmağı bacarır. Ziya ən çox böyük qardaşı Əkrəmlə oynamağı sevir. O, hələ bağçada oxuyan zamandan Əkrəmin məktəb dərslərinə baxıb, hərfləri, oxuma və yazmağı öyrənməyə can atıb. Ziya 1-ci sinifə getdiyi zaman demək olar ki, sözləri hecalamadan sərbəst oxumağı bacarıb. Ailələrində böyük övladın şahmatla məşğul olmağı Ziyanında bu intellektual oyuna həvəsini artırıb. Hələ 4 yaşından artıq şahmat lövhəsindəki fiqurlarla maraqlanıb. Valideynləri onun bu marağını görüb onu orta məktəbdə təşkil olunmuş şahmat dərnəyinə yazdırıblar. Artıq günlər keçdikcə müəllimlər Ziyada bu həvəsin həqiqi bir istəyə, bacarığa dönüşdüyünü görməyə başlayıblar. Məmmədov Ziya Binəqədi rayonu 83 saylı məktəb liseyin 1-ci sinif Sağlam təhsil sinfinə daxil olub. Hal-hazırda həmin məktəbin 2-ci sinifində oxuyur. Tez- tez müxtəlif xarici və ölkədaxili yarışlarda iştirakı ilə əlaqədar olaraq dərsə gedə bilmir. Lakin buna baxmayaraq dərslərini tam olaraq çatdırır. Onun ən çox sevdiyi fənlər riyaziyyat, Rus dili və İngilis dilidir. Ziyanın həyatında ən uğurlu və tanınmağına kömək olan hadisə 2016 ci ilin iyun ayında Yunanıstanın Halkidiki şəhərində məktəblilərin Şahmat çempionatının qalibi olduğu gündür. Yarışda iştirak etdiyi zaman 6 yaşlı bir uşaq 7 yaşlılar kateqoriyasında 1-ci yeri qazanıb, dünyada ən gənc CM ustalığa namizəd tituluna layiq görülüb. Bu hadisə ilə əlaqədar olaraq yaşadığı Binəqədi rayonu İcra Hakimiyyətinin başçısı Xaləddin müəllimin qəbulunda olub. Eyni zamanda 2016-ci ilin sentyabr ayında 6-ci mikrorayonda yerləşən 246 saylı məktəbdə yeni dərs ilinin açılışına icra hakimiyyətinin başçısı tərəfindən dəvət alıb. Daha sonra 2017-ci ilin aprel ayında Ruminiyanın İası şəhərində Məktəblilərin Şahmat çempionatının 8 yaşadək oğlanların qrupunda 2-ci yerə, həmin ilin iyun ayında Monteneqro Budva şəhərində 3-cü yerə layiq görülüb. Ziyada bu idman növünə maraq qardaşı tərəfindən yaransa da, atasının onu bu yolda daha da həvəsləndirməyi, onunla gecə-gündüz demədən səylə çalışmağı danılmazdı. Onun Ziyanı ruhlandırması, sən çempionsan və hər zaman yüksəklərə qalxmalısan kimi ifadələri onu daha da sevindirir və daha da səylə çalışıb öz bacarığını nümayiş etdirməyinə köməklik edir. O, bizim respublikanın intellektual dahiləri Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və digərləri kimi güclü şahmatçı olmaq istəyirəm. Dünyada ən tanınmış Maqnus Karslenə çatmaq və nə vaxtsa onunla birlikdə oynamağı arzulayır. Əldə etdiyi uğurlarla kifayətlənməyib daha da irəliyə doğru getməyi və bu yolda büdrəməmək niyyətindədir. Həyatda çətinliklərin çox olmasına baxmayaraq Ziya onları dəf edəcəyinə və onların öhdəsindən gələcəyinə əmindir. Gələcəkdə özünü yalnız şahmat sahəsində görür. Lakin nəsə dəyişiklik olsa belə yenə də şahmat onun həyatının ayrılmaz bir hissəsi olaraq qalacaq. Ziyanın boş vaxtları çox az olduğundan arada futbolla da məşğul olur. Onun fikirlərinə görə insan yalnız beynini deyil eyni zamanda fiziki gücünü də inkişaf etdirməlidir. O, rəsm çakməyi xoşlayır. Ziyada digər şaxmatçılar kimi öz uğurlarıyla yaddaşlarda qalmaq arzusundadır. O, Avropa çempionu olduqdan sonra bir çox televiziya verilişlərində və xəbərlərdə onunla bağlı sujetlər hazırlanıb. 2016 ci ildə CBC kanalının xəbərlər bölməsində geniş sujet nümayiş olunub. Daha sonra Aztv nin 105 FM radiosunda gənc istedadlar adlı verilişə dəvət alıb. Ardınca 2017ci ildə Mir Beynəlxalq telekanalından çəkilişlərinə dəvət olunub və onlar Ziya haqqında veriliş hazırlayıb efirdə təqdim ediblər.

Комментариев нет:

Отправить комментарий