elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

19 марта 2018 г.

Abdulov Mirsahib İrşad oğlu


Abdulov Mirsahib İrşad oğlu 2010-cu il martın 5-i Bakı şəhərində doğulub. Mirsahib körpəlikdə surətli inkişafa meyilli uşaq olub, tez qavramaq bacarığına malik olub. İlk addım atdığı, ilk dəfə danışdığı zamanlardan da hər kəsin heyrətini qazanıb, çunki elə o zamandan çox şeylə maraqlanmağa başlayıb, suallar verib. Səlis danışmağı ilə hər kəsi təəccubləndirib. 4-5 yaşlarından muxtəlif döyuş idman növləri ilə məşğul olması onun fiziki cəhətdən inkişaf etməsində muhum rol oynayıb. Rəsm çəkməyi, uşaqlar uçun nəzərdə tutulmuş muxtəlif televiziya proqramlarına baxmağı çox sevib. İngilis və rus dillərində baxdığı cizgi filmləri onun xarici dilə olan marağını daha da artırıb. Böyudukcə xarici dilləri asanlıqla öyrənməsinə kömək edib.
Mirsahib məktəbə gedənə qədər yazıb-oxumağı bacarıb. Birinci sinif dərs materialını artıq tam mənimsəyib. Beş yaşından başlayaraq cudo və şahmatla məşğul olmağa başlayıb. Onun həm fiziki, həm də zehni inkişafında bu idman növlərinin böyuk rolu olub.
İlk dəfə 286 saylı məktəbdə birinci sinfə başlayıb, hazırda da həmin məktəbin şagirdidir.
Dərslərini yaxşı oxuyur, məktəbdə muəllimlərin ən çox sevdiyi şagirdlərdən biridir. Ən sevdiyi fənlər riyaziyyat, informatika və xarici dillərdir. Bu fənləri daha çox sevməsində muəllimlərin də rolu böyukdur, ona bu fənləri sevdirməyi bacarıblar.
Mirsahib, 2006-2008 təvəlludlu idmançılar arasında cudo idman növu uzrə III yeri, Cudo Federasiyası- Yeniyetmələr arasında cudo guləşi uzrə III yeri (Sumqayıt şəhəri), Masallı rayonu Gənclər və İdman idarəsi “9 Noyabr Bayraq Gunu” nə həsr olunmuş açıq birinciliyində III yeri, Salyan rayon Gənclər və İdman idarəsinin “Umummilli lider Heydər Əliyevin anım gunu” nə həsr edilmiş cudo guləşi yarışında III yeri qazanıb.
Qazandığı butun bu uğurlara görə Mirsahib,öz muəllimlərinə və valideynlərinə minnətdardı. Onların göstərdiyi etimadı nəzərə alaraq həmişə önə getməyi hədəfləyir Mirsahib.
Şahmat sahəsində dunya şöhrətli məşhurlar Magnus Carlsen və Boris Gelfandə bənzəmək istəyir. Bu sahədə də böyuk uğurlar qazanmağı qarşısına qoyan Mirsahib, gələcəyin dunya şöhrətli şahmatçısı olmaq istəyir.
Mirsahibdə dəqiq elmlərə olan maraq, onun gələcəkdə bu sahədə də uğur qazanacağından xəbər verir.
O, asudə vaxtlarında kitab oxumağı, professional şahmatçıların oyunlarına baxmağı , velosiped surməyi, rəsm çəkməyi çox sevir.
Mirsahib yaxşı bilir ki, insan yalnız etdiyi yaxşılıqlar, elmi kəşfləri və uğurları ilə tarixin yaddaşında qala bilər. O, da bu cur qalmaq istəyir tarix boyu.
Öz yaşına görə kifayət qədər uğur qazanmış Mirsahibə, gələcək həyatda da uğurlar arzulayırıq.

Комментариев нет:

Отправить комментарий