elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

2 апреля 2019 г.

Məmmədli Aylin Rəşad qızı


 
Məmmədli Aylin Rəşad qızı 25 yanvar 2010-cu ildə Bakı şəhərində ziyalı bir ailədə dünyaya göz açıb. Aylin körpəlikdə çox aktiv, intellektual səviyyəsi yüksək və ətraf mühitdə baş verən bütün hadisələ qarşı reaksiyalı bir uşaq olub. Onun ən sevdiyi məşğuliyyətləri rəsm çəkmək, hovuzda üzmək və sevimli heyvanları ilə əylənərək səmərəli zaman keçirməkdir. Məktəbə gedənə qədər yazıb-oxumağı evdə anasının, kursda isə müəlliminin köməkliyi ilə öyrənib. O, bağçada təhsil aldığı müddətdə öz nümunəvi davranışı, savadı və bacarığı ilə müəllimlərinin sevimlisinə çevrilməyi bacarmışdır. Burada təşkil olunan bütün bayram və şənliklər də aktiv iştirak edib. Belə ki, o “Ağca”, “Bahar qız”, “Qar qız” və Şəhzadə obrazlarının öhtəsindən böyük məharətlə gələrək, tədbir iştirakçılarının diqqətini öz üzərinə çəkməyi bacarmışdır.  Aylində  3 yaşından rəsmə, 6 yaşından isə musiqiyə qarşı həvəs yaranıb. Yaşının çox az olmasına baxmayaraq çox şaxəli istedada sahib olması anasının müşahidələri nəticəsində aşkarlanıb.  O, ailə üzvlərinin, müəllimlərinin  özəl günlərində, kiçik əlləri, böyük ürəyi ilə xüsusi zövq və orjinallığı ilə seçilən hazırlamış olduğu zərfləri, rəsm işlərini hədiyyə edir. O, bunları müxtəlif kağızlarla, rəngli boyalarla və muncuqlarla hazırlayır. Məmmədli Aylin Binəqədi rayonu 276 saylı tam orta məktəbdə təhsil alır. Tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur. Sinif əlaçısıdır. Onun ən sevimli fənləri rus dili, ingilis dili, təsviri incəsənət, ədəbiyyat və həyat bilgisidir. Aylin tədris ilini müvəffəqiyyətlə yekunlaşdırdığı üçün diplomla təltif olunub.  O, Binəqədi Rayonu İcra Hakimiyyətinin təşkil etdiyi konsert proqramın da  hərbi forma geyinərək şeir söyləyib.  5 oktyabr müəllimlər gününə həsr olunmuş, qocalar evində keçirilən tədbirdə müəllim qismində çıxış edib.   Onun həyatında ən yadda qalan, maraqlı  anlar ailəsi ilə birgə Antalya şəhərini səyahət etdiyi günlərdir. O, burada hovuzda delfinlə üzüb, yüksək hündürlükdən paraşütlə tullanıb, müxtəlif atraksiyonlardan istifadə edib və  olduqca maraqlı, ekstrim  anlar yaşayıb. 
Aylin eyni zamanda Rastrapoviçlər adına 21 sayll Uşaq Musiqi Məktəbində fortepiano ixtisası üzrə II sinif sagirdidir
Aylin bu günə qədər əldə etdiyi nailiyyətlərə görə valideynlərinə və müəllimlərinə borclu olduğunu bildirir. Amma onun xüsusi təşəkkürləri onun üzərində əməyi danılmaz anası  Aliyə xanımadır. Qeyri adi fikirlərə, xüsusiyyətlərə  malik olan Aylin  gələcək fəaliyyətindən dolayı kiməsə oxşamaq istəmir. O, öz dəsti xətti ilə seçilən, gördüyü işlər ilə dünyaya səs salmağı bacaran dizayner olmaq arzusundadır. Aylin heyvanları çox sevir. Hətta bu sevgi onun evində balıqlar saxlamağına  qədər gətirib, çıxarıb. Eyni zamanda Aylinin kirpisi və dovşanı da olub. O, heyvanlar aləmindən daha çox itləri və xamyakları sevir.  Az öncə qeyd etdiyimiz kimi qeyri-adi, rəngarəng uşaq olan Aylin xarici və zövqlü  pop musiqiləri dinləməyi çox sevir.  Belə ki, o, Koreya qrupu  BTS-ni, Rusiyadan Eldjey Eqor Kridi, Meloni Martinezi və Kitay dram tamaşasını izləməyi çox sevir.  Aylinin gələcək hədəfləri musiqi məktəbini uğurla başa vurmaq və ADA universitetinə qəbul olmaqdır. Magistr təhsilini isə dizayn sahəsində uğurlu nəticələr əldə etmiş  İtalyanın nüfuzlu universitetlərinin birində almaq istəyir. Asudə vaxtlarında piano çalmağı, kitab oxumağı, rəsm çəkməyi və özündən nələrisə kəşf etməyi xoşlayır. O, hətta bir dəfə müxtəlif məhlulları qarışdıraraq kiçik vulkan əldə etmişdir. Eyni zamanda atasına da kömək etməyi sevir. Belə ki,  atsının iş fəaliyyətinə zəruri hesab etdiyi video materialları taparaq  ona göndərir. Rəngləri, dəbi, orijinallığı sevən Aylin Vətəninə, millətinə və ailəsinə faydalı işlər görən şəxsiyyət olaraq formalaşmağı özünə başlıca məqsəd seçib.

Комментариев нет:

Отправить комментарий