elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

6 марта 2014 г.

İTALİYADAKI GƏLƏCƏK SƏFİRİMİZ

 
Günay Vilayət qızı Rusifit 22 mart 1991-ci ildə Bakı şə­hə­rində anadan olub. 1998-ci ildə Xətai rayonundakı 293 saylı məktəbin I sinfinə daxil olub. 1999-cu ildən isə Nizami rayonundakı 220 saylı mək­təbdə təhsilini davam etdirib. 2009-cu ildə hə­min məktəbi biti­rərək Azərbaycan Dillər Uni­ver­sitetinin tərcümə (Azər­baycan-italyan dili) fakültəsinə daxil olub. Təhsildən əlavə rəqs və voleybolla məşğul olub. 
Günay: “ - İtaliya döv­lətinə marağım olduğu üçün bu ixtisası seçmişəm. 
Orta məktəbi əla qiy­mətlərlə oxumuşam. Ən sevimli fənnim ingilis dili olub. Dəfələrlə olimpiada­larda iştirak etmişəm. 2004-cü ildə “Dahilər so­rağında” layihəsində 3 tu­run qalibi kimi 1 aylıq kurs keçib sertifikat əldə etdim. 2007-ci ildə beynəlxalq Mondia­loq yarışmasında iştirak etmişəm. 2008-ci ildə Amerika-Azər­bay­can əlaqə və mübadilə proqramı layi­həsinin iştirakçısı olub sertifikatla təltif olunmuşam. “Avropa” hotelində AP-220 şirkətinin ingilis dilində təqdimatını etmişəm. 
Ali məktəbdə əla oxumuşam. Sevimli fənlərim italyan və fransız dilləri olub. İtaliya səfirliyinin xəttilə təşkil olunmuş Peruca Universitetində təhsil almaq üçün keçirilən müsabiqənin qalibi olmuşam və 2011-ci ilin aprel-may aylarında orada dil kursu keçmişəm.
Sevdiyim ixtisasa yiyələnməkdə özümü müəllimim Gözəl xa­nıma borclu bilirəm. 
Ali məktəbi bitirdikdən sonra səfirlikdə işləmək arzusun­dayam. Ən böyük arzum isə Azərbaycanın İtaliyadakı səfiri ol­maqdır.”

Комментариев нет:

Отправить комментарий