elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

5 марта 2014 г.

İSTEDADLI GƏNC TARZƏN


Azərbaycan xalq musiqisi dünya xalqlarının musiqiləri arasında öz səciyyəvi xüsusiyyətlərilə seçilir və sevilir. Bu gün muğamlarımızın sədasını dünyanın möhtəşəm konsert salonlarından eşidən hər bir azərbaycanlı qürur hissi duyur. Lakin dünya musiqi tarixində özümüzə daha möhkəm yer qazan­maq istəyiriksə, peşəkar musiqiçilər yetişdirmə­liyik. Bu gün də dünya mu­siqi tarixində özünə yer tutmağa layiq iste­dadlı musiqiçilərimizin ol­duğunu sübut etmək bizim ən ümdə vəzifələri­mizdən biridir. 
Haqqında söhbət aça­cağımız yeniyetmə öz ya­ra­dıcılığı ilə xalqının se­vim­lisi olmaq arzusun­da­dır. 
Xanlar Zeynal Abdul­layev 23 avqust 1998-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Bakının Əmircan qəsəbəsindəki Albert Aqarunov adına 154 say­lı məktəbin X sinif şagirdidir. Eyni za­manda 3 saylı Uşaq İncə­sənət Məktəbinin IV sin­fində tar ixtisası üzrə musiqi təhsili alır. 
Xanlar körpəlikdə çox nadinc uşaq olub. O, körpə vaxtından oxumağı çox sevirdi. Musiqi səsi eşidəndə həvəslə qulaq asardı. 
Xanlar məktəbə gedənə qədər şeirlər bilirdi, hərfləri tanıyır­dı, yazı yazmağı bacarırdı. Hazırda məktəbdə də dərslərini yaxşı oxuyur. Təhsil aldığı orta məktəbin, eyni zamanda incəsənət məktəbinin bütün tədbirlərində fəal iştirak edir. Əlbəttə ki, onun ayrılmaz atributuna çevrilmiş tarı ilə birgə. 
Xanlar ixtisası üzrə Firuz Əliyevə oxşamaq, gələcəkdə tarzən olmaq istəyir. Asudə vaxtlarını da sevimli aləti ilə keçirir. Qəh­rəmanımız musiqi sahəsində ən azından xalq artisti adına qədər yüksəlməyi qarşısına məqsəd qoyub.

Комментариев нет:

Отправить комментарий