elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

19 марта 2014 г.

Mustafayev Əli Məhərrəm oğlu

Mustafayev Əli Məhərrəm oğlu 20 iyul 2002-ci ildə Bakı şəhərində dünyaya göz açmışdır. Doğulduğu gündən bəri həm ailəsinin, həm də qohumlarının diqqət mərkəzinə çevrilmişdir. Evin son beşiyi olan Əli ailəsinin sevinc mənbəyidir. O, lap körpəliyindən yüksək istedadı, dərrakəsi, çalışqanlığı, hadisələrə bildirdiyi münasibətlərə görə yaşıdlarından seçilmişdir.
Əli 2006-cı ildə uşaq bağçasına getməyə başlamışdır. Tezliklə yaşıdları ilə gözəl münasibət quran Əli müəllimlərinin də sevgisini qazanmışdır.
Qəhrəmanımız  2008-ci ildə Namiq Babayev adına 144 sayılı orta məktəbin I sinifində təhsil almağa başlamışdır. İlk müəllimi Rəfiqə xanım Əlinin xüsusi istedadlı bir şagird olduğunu, dərslərin öhdəsindən asanlıqla gəldiyini, çalışqanlığı, dərsə davamiyyəti, məsuliyyəti, gözəl və səlis nitqi ilə digər şagirdlərə örnək olduğunu söyləmişdir. Hazırda isə Əli həmin məktəbin VII sinifdə təhsil alır. I sinifdən indiyə qədər əla qiymətlərlə oxuyan Əli məktəbin ən sevimli şagirdlərindəndir. Onu həm məktəbin müəllim kollektivi, həm də şagird dostları çox sevirlər.
Dərslərini yaxşı oxumaqdan əlavə, Əli digər sahələrə də maraq göstərir. Yeni informasiyalar əldə etmək, biliklərini daha da dərinləşdirmək üçün durmadan araşdırmalar aparır, çoxlu kitab oxuyur. O, yaşının az olmasına baxmayaraq, tarix, coğrafiya, siyasət, iqtisadiyyat, kəşflər və ixtiralarla maraqlanır, görkəmli şəxsiyyətlərin həyatları ilə bağlı bioqrafik əsərlər oxuyur. O fikirləşir ki, bununla, çoxlu maraqlı faktlar öyrənə, həmçinin dahi şəxsiyyətlərin həyat təcrübəsindən bəhrələnə bilər. 
Əli eyni zamanda idmana da xüsusi maraq göstərir. O şahmat və futbolla məşğul olur. Şahmatla məşğul olduğu qısa müddət ərzində çoxsayılı yarışlara qatılmış və dərəcə qazanmışdır. Futbol isə Əli üçün əyləncədir. Dərs zamanı boş vaxtlarında, tətillərdə isə davamlı olaraq futbolla məşğul olur. Bir neçə yarışda qapıçı kimi iştirak etmiş, qapıdan isə bir dənə belə olsun top buraxmamışdır.
Əli gələcəkdə yaxşı təhsil almaq, vətəni, milləti üçün xeyirli bir vətəndaş olmaq istəyir. Bakalavr və magistr təhsilini xaricdə almaq onun ən böyük arzularından biridir.

Qəhrəmanımız əsgər gedib vətənin keşiyində duracağı günü də səbirsizliklə gözləyir.

Комментариев нет:

Отправить комментарий