elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

3 марта 2016 г.

Heydərli İlham Heydər oğlu


Azərbaycanın istedadlı övladlarından biri də Heydərli İlham Heydər oğludur. O, 28 oktyabr 2004-cü ildə dünyaya göz açmışdır. Rəsmə, bədii kitablar oxumağa marağı olan İlhamın əl qabiliyyəti çox gözəldir. O, 5 yaşından yazıb-oxumağı bacarırdı. Bunu ona nənəsi öyrədib. Məktəb tədbir­lərində aktiv iştirak edən İlhamın çoxlu sertifikatları var.
O, ilk qədəmlərini Bakı şəhər Suraxanı rayonunun Hövsan qəsəbəsindəki E. Qaranzadə adına 270 saylı orta məktəbdə atmışdır. Dərsləri çox yaxşı oxuyan İlhamın ən sevdiyi fənləri Azərbaycan dili, ədəbiyyat və tarixdir. O, 2014-cü ildə ilin “Kitab sevən şagirdi” seçilmişdir. “Sehrli dünya” jurnalında çəkdiyi rəsm çap olunmuşdur. 2014-cü ildə İlham müsabiqə yolu ilə Kaspi liseyinə qəbul olmuşdur. 
İlham əldə etdiyi uğurlara görə ən birinci nənəsinə, sonra bağça müəllimi Gülöyşə xanıma, ibtidai sinif müəllimi Təyyarə və Sürəyya müəllimə özünü borclu hiss edir. 
İlham asudə vaxtlarında kitab oxuyur, voleybol və karate ilə məşğul olur və musiqiyə qulaq asır. O, gələcəkdə ali məktəbə daxil olaraq hüquqşünas olmaq və Londonda təhsil almaq istəyir. 
Ona bu yolda uğurlar arzulayırıq.

Комментариев нет:

Отправить комментарий