elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

30 марта 2016 г.

Ayxan Aydın oğlu Məmmədli


Ayxan Aydın oğlu Məmmədli 6 sentyabr 2002-ci ildə Bakı şəhərində anadan olmuşdur. 3 yaşına qədər Elmira nənəsinin himayəsində olub. Ayxanın bacarıqlı uşaq kimi böyüməsində Elmira nənənin rolu böyük olub. O, çox səbr və təmkinlə Ayxanın tərbiyəsi ilə məşğul olmuşdur. Ayxanın əsas ma­raq­ları təbiət mənzərələrinə baxmaq, rəngli oyuncaqlarla oynamaq olmuşdur. 3 yaşın­dan bağçaya gedən Ayxan orada yazıb-oxumağı, maraqlı şəkillər çəkməyi öyrənib. Bağça müəllimi Zenfira xanım və Gülxar xanımın da Ayxanın üzərində xüsusi zəhməti vardır. O, bağçada maraqlı şəkillər çəkir, plastilindən maraqlı fiqurlar düzəldirdi. Atası heykəltəraş olduğu üçün onunla emalatxanaya gedir, orada heykəllərə öz əlavələrini edirdi.
Ayxan ilk təhsilini "Eko­lo­giya" liseyində almışdır. Hazır­da isə təhsilini Bakı Slavyan Universiteti nəzdində Məktəb-Lisey Kompleksində davam etdirir. Dərs­lərini çox yaxşı oxuyur. Humanitar fənləri çox sevir. Məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak edir, pianino çalır. Rəsm festivallarında fəal iştirak edir. O, idmanın cüdo növü ilə məşğul olur. Futbola həvəsi daha böyük olan Ayxan məktəbin futbol komandasının üzvüdür. 
Ayxan diplom və sertifikatlarla təltif olunmuşdur. Belə ki; 
9 noyabr 2014-cü ildə "Bayrağımız qürur mənbəyidir" rəsm müsabiqəsində fəal iştirakına görə sertifikatla, 30 noyabr 2014-cü ildə cüdo üzrə III yeri tutduğuna görə diplomla təltif olunmuşdur.
Ayxan əldə etdiyi uğurlarına və nailiyyətlərinə görə valideynlərinə və müəllimlərinə borclu olduğunu hesab edir. Əsas arzusu öndə gedən güclü şirkət rəhbəri olmaqdır. Son zamanlar ölkəmizdə turizmin sürətlə irəli gedən inkişafı Ayxanda turizmə olan marağı oyatdı və o, bu potensiyalı özündə hiss etdi. 
Ayxan asudə vaxtlarında təbiətdə gəzməyi, xarici ölkələrə və respublikamızın rayonlarına gəzməyə getməyi, tarixi abidələrə baxmağı çox xoşlayır. Əsas hədəfi ilk öncə orta məktəbi bitirib yüksək nəticə ilə ali məktəbə qəbul olmaqdır.

Комментариев нет:

Отправить комментарий