elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

10 марта 2016 г.

Həsənova Aydan Yaşar qızı


Həsənova Aydan Yaşar qızı 23 oktyabr 2003-cü ildə Bakı şəhərində dünyaya gəlmişdir. Uşaq vaxtlarında sakit olmasına baxmayaraq, həm də hər şeyə maraq göstərən biri olmuşdur. Rəsmlə məşğul olmağa xüsusi həvəs göstərmişdir. Məktəbə getməmişdən öncə fərdi müəllim tərəfindən yazıb-oxumağı öyrənmişdir. Kitablara baxaraq şəkillər çəkmək isə balaca Aydanın hobbisi idi. İlk təhsilini 312 saylı tam orta məktəbdə almışdır. Hazırda isə 82  nömrəli məktəbin 7-ci sinif şagirdidir. Dərslərindən yayınmır, Azərbaycan dili, rus və ingilis dillərinə xüsusi maraq göstərir. Pianoda ifa etməyi bacarır və bu sahədə daha da irərliləməyə çalışır. Məktəb tədbirlərində fəal iştirak etməsi ilə digər şagirdlərdən seçilir. Əldə etdiyi uğurlarında valideynlərinə borclu olduğunu düşünən Aydan Həsənovanın arzusu da elə valideynlərinə layiq övlad və Vətəninə layiq vətəndaş olmaqdır. Musiqiyə dərin marağı olmasına baxmayaraq hüquqşünas olmaq istəyir. Yüksəklərə qalxmaq, öz ayaqları üzərində qalmağı bacaran bir xanım olmaq arzusundadır.

Комментариев нет:

Отправить комментарий