elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

29 марта 2016 г.

Mehdi Nəzrin Turan qızı

 
Nəzrin ailənin ilk övladıdır. Onun maraqlı körpəliyi olub. 2 yaşından uşaq bağçasına gedib. Orada təşkil olunan bütün tədbirlərdə iştirak edib. Nəzrinin xoşladığı məşğuliyyətlər rəsm çəkmək, kompyüterdə maraqlı ev dizayn etməkdir. Ən çox həkimlik etməyi sevərdi. Nəzrin hazırlığa qədər saymağı, hesablamağı artıq öyrənmişdi. Çünki onunla evdə anası məşğul olurdu. 5 yaşında məktəbəqədər hazırlığa getmiş və bildiklərini daha da möhkəmləndirmişdi. O özü hər şeyə maraqlı olduğu üçün yazıb-oxumaq, şəkil çəkmək onda 3 yaşından başladı. İstəyirdi ki, ilk cavabı o versin. Həmişə birinci olmağa çalışırdı. Zehninin  itiliyi  diqqətdən yayınmırdı.
Nəzrin: - Mehdi Nəzrin Turan qızı 2006-cı ildə aprelin 7-də Bakı şəhərində anadan olmuşam. Ailəmiz ziyalı ailədir.  Babam və nənəm əczaçıdır. Atam F.H.N tikinti üzrə mütəxxəsisdir. Anam isə riyaziyyat və fizika müəllimidir. Mən 6 yaşımda 2012-ci ildə Buzovna qəsəbəsi 125 saylı orta məktəbin I sinfinə daxil olmuşam. Hazırda həmən məktəbin IV sinif şagirdiyəm. Mən birinci sinfə daxil olandan dərslərimə böyük məsuliyyətlə yanaşmışam. Bütün fənlər mənə çox maraqlı gəlib, ancaq ən çox sevdiyim fənlər Azərbaycan dili və riyaziyyatdır. Aldığım qiymətlər hər zaman “5” qiyməti olub. I və II sinifləri əla qiymətlərlə bitirmişəm. Üçüncü sinfin I yarımilini 5-lə bitirmişəm. I sinfi bitirdikdə sinfimizdə keçirilən Əlifba bayramında fəal iştirak etmişəm. Orada şeir söyləmişəm. İlin axırında əla qiymətlərlə bitirdiyim üçün ən uğurlu günümdür. Bu il I yarımili 5 qiymətləriylə bitirdiyim üçün məktəbimizin direktoru Zeynəb xanım məni tərifnamə ilə təltik edib. Bundan əlavə 2014-cü ildə şahmat məktəbində IV dərəcəyə layiq görülmüşəm. Əldə etdiyim uğur və nailiyyətlərə görə valideynlərimə borcluyam. Mən həyatda ancaq özümə oxşamaq, özüm olmaq istəyirəm.
Qardaşlarım Mətin və Əkrəm  mənim yaxın dostlarımdı. Boş vaxtlarımda onlarla oynayıram. Nağıl kitabları oxuyuram, rəsm çəkməklə məşğul oluram. Şəkil çəkməyi çox sevirəm. Çəkdiyim şəkillərdə təbiət mənzərələrinə üstünlük verirəm.
Gələcəkdə həkim olmaq və xəstələrə sağlam həyat bəxş etmək istəyirəm. Tarixin yaddaşında da qalmaq istərəm. Bunu zaman göstərər. Mənim bütün arzularım və istedadım ailəmizin ziyalı olmağından irəli gəlir. Buna görə valideynlərimə öz təşəkkürümü bildirirəm.

Комментариев нет:

Отправить комментарий