elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

30 марта 2016 г.

Məmmədov Cavad Elşad oğlu

Cavad körpəlikdən əsas vaxtını kitablarla keçirib, oyuncaqlardan daha çox kitablara baxmağa üstünlük verib. Bu baxımdan bu cəhəti Cavadı bir çox həmyaşıdlarından fərqləndirib. Cavad dörd yaşından sərbəst yazmağı  və oxumağı bilirdi. Cavada yazıb- oxumağı anası öyrətmişdır. Cavadla valideyinləri  mütəmadi məşğul  olmuş və Cavadın istedadının inkişaf etdirilməsinə onun valideyinləri böyük önəm vermişlər.
Məmmədov Cavad Elşad oğlu 24.04.2002 ci ildə Bakı şəhərində anadan olmuşdur. Və 60 saylı məktəbə getmişdir. Dərslərini yaxşı oxumağa nümunəvi şagird olmağa çalışır, sevimli fənni riyaziyyatdır. Məktəbdə keçirilən tədbirlərdə mütəmadi iştirak etməyə çalışır.Təsviri incəsənət üzrə Rus İcması tərəfindən keçirilən müsabiqədə fəxri diplomla, məktəb və rayon fənn olimpiadalarında riyaziyyat, kimya, tarix fənnlərindən fəxri diplomlarla təltif edilmişdir. Əldə etdiyi uğurlara görə valideyinlərinə qarşı özünü həmişə borclu hesab eden Cavad çalışır ki, valideyinlərinə oxşasın . Və istəyir ki,  gələcəkdə Vətəninə lazım olan bir şəxsiyyət və mütəxəssis olmaq zirvəsinə çatsın . Atası iqtisadçı olduğu üçün Cavad da iqtisadçı olmaq istəyir. Asudə vaxtlarını futbol oynamaqla dəyərləndirir.Təsviri incəsənətlə məşğul olmağı xoşlayan Cavad daha çox tarixin səifələrini canlandırmağa üstünlük verir. Gələcək planları yaxşı təhsil almaqdır bu yolda ona ailesi çox köməklik etdiyini deyir.Tarixin yaddaşında qalmaq üçün isə ilk öncə tarixi bilmək lazım olduğunu deyir və düşünür ki, yaxşı iqtisadçı olmaq tarixin səifələrindən başlayir sonsuz rəqəmlərlə davam edir...

Комментариев нет:

Отправить комментарий