elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

10 марта 2016 г.

Hacıyeva Nəzrin Fuad qızı


Hacıyeva Nəzrin Fuad qızı 11 dekabr 1999-cu ildə Bakı şəhərində dünyaya göz açmışdır. Körpəliyində sakit olan Nəzrin rəsm çəkməyə böyük həvəs göstərirdi. Kiçik yaşlarından anası tərəfindən ilkin yazıb-oxuma bacarığına yiyələnmiş, şeirlər öyrənmişdir. Nəzrin Hacıyeva hazırda 193 nömrəli məktəbdə oxuyur. Dərslərində fəal və bacarıqlıdır. Məktəb tədbirlərində yaxından iştirak edir. Yeni il və Novruz bayramlarında, eləcə də digər tədbirlərdə “Bahar qızı”, “Qar qız”, “Xurşidbanu Natəvan”, “Göyçək Fatimə” və digər obrazları məharətlə canlandırmışdır. Bütün bunlarla yanaşı, Nəzrin şeir müsabiqəsində fəxri fərman, məktəb tədbirlərində diplomlarla təltif edilmişdir. Rəssam ruhunun arzusu isə gələcəyin məşhur dizaynerlərindən biri olmaqdır. Bunun üçün isə təhsilini İtaliyada davam etdirməyi planlaşdırır. Valideynlərinə minnətdarlıq hissindən irəli gələrək o, valideynlərinin fəxrinə çevrilmək, onlara layiq övlad olmaq istəyir. Bu yolda isə bizə yalnız uğurlar arzulamaq düşür.

Комментариев нет:

Отправить комментарий