elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

11 июля 2019 г.

Əbilov Sübhan Arif oğlu

Əbilov Sübhan Arif oğlu  29 iyul 2006- cı ildə anadan olub. Körpəlikdə çox sakit və ağıllı uşaq olub. Kiçik yaşlarında rəsmlərə çox maraq göstərirdi. Kitab-dəftərə çox böyük maraq göstərirdi. Bağça yoldaşlarında bu maraq daha çox hiss olunmağa başladı. Məktəbə gedəndə artıq səlist yazıb-oxumağı bacarırdı. Yazıb-oxumağı ona ilk dəfə bağça müəllimi Gülnarə xanım öyrədib.      
Sübhan mütailəni çox sevirdi. O birinci sinifə gedəndə "Robinzo Kruzo"-nu tamamilə oxuyub, bitirmişdi. Bundan əlavə bir neçə kitabları da oxumuşdu.
O, Azərbaycan Respublikası Bakı şəhəri Bakıxanov qəsəbəsi  72 saylı məktəb-liseydə ilk təhsilə başlayıb, hazırda da həmin məktəbin şagirdidir. 
Sübhan dərslərini  “əla” qiymətlərlə oxuyur, ən çox sevdiyi fənn isə  coğrafiya fənnidir. 
O,  Türkiyənin İstanbul şəhərində keçirilən “23 Nisan” uşaq bayramında uğurla iştirak edib. Orada Vətənimiz Azərbaycana aid şeir səsləndirib.
Əldə etdiyi bütün uğur və nailiyyətlərə görə valideynlərinə borclu hiss edir özünü.
O,  həmişə gedə biləcəyi yerə görə, hədəflədiyi nöqtəyə görə  mübarizə aparmağı sevir.
Gələcəkdə hüquqşünas olmaq istəyir. 
Asudə vaxtlarında təbiət proqramlarına baxmağı xoşlayır.
Sübhanın başqa bir həvəs göstərdiyi sahə var. O,  gələcəkdə retro avtomobillərin restavrasiyası ilə məşğul olacağını söyləyir.
Uğurların bol olsun Sübhan!

Комментариев нет:

Отправить комментарий