elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 июля 2019 г.

Zülfüqarova Rəhiməxanım Tərlan qızı


 
Azərbaycan istedadlar diyarıdır. İstedadınsa böyüyü-kiçiyi yoxdur. Rəhiməxanım da o istedadlardan biridir.  Zülfüqarova Rəhiməxanım Tərlan qızı 11 may 2008 - ci  ildə Bakı şəhəri Abşeron rayon Novxanı qəsəbəsində doğulub. Rəhiməxanım daima öyrənməyə meyilli uşaq olub. Yaşıdlarından həmişə seçilib. Fortepianinoya daima marağı olub.  Nağıl kitablarını körpə yaşlarından oxumağa çalışıb.
Rəhiməxanım 3 yaşında bütün hərf və rəqəmləri tanıyıb, onları  yazmağa başlayıb. Bunlar ona anası tərəfindən öyrədilib.
Rəhiməxanımın 5 yaşında artıq pianinoya marağı yaranıb. Evdə də  pianinonun olması ondakı bu marağı daha da artırıb. Lap uşaqlıqdan  ifa etməyə çalışıb.
Rəhiməxanım, Mehdi Hüseynzadə adına 1 saylı tam orta məktəbdə təhsil almağa başlayıb,  hal- hazırda da bu məktəbdə oxuyur.
Dərslərini əla oxuyur və riyaziyyat , Azərbaycan dili , tarix dərsləri ən sevimli fənləridir. Rus dili gecəsində, olimpiyadalarda,
şahmat yarışlarında  iştirak edib. Rus dili gecəsində qırmızıpapaq rolunu oynayıb. Onunçün ən maraqlı , uğurlu gün pianino müəllimi Gülnar İsmayılova ilə tanış olduğu gündür. Mehdi Hüseynzadənin 100 illiyinə həsr olunmuş məktəbdaxili şahmat yarışında 1 - ci  yer tutduğuna  görə Fəxri fərmanla , Rus dili gecəsində fəal iştirak etdiyi üçün Fəxri fərmanla, riyaziyyatdan ,,kenquru,, olimpiadasında yüksək bal topladığına görə
Fəxri fərmanla, təhsildə fəal iştirakına görə və təhsildə fərqləndiyinə görə Fəxri fərmanla təltif olunub.
Əldə etdiyi uğurlara görə anası Lalə müəllimə və orta məktəb müəllimlərinə, musiqi müəllimi Gülnar İsmayılovaya borclu hesab edir özünü.
Həyatda hansı peşəyə yiyələnməyindən aslı olmayaraq həmin peşənin ən yüksək zirvəsinə nail olmağı istəyirəm.
Rəhiməxanım asudə vaxtlarını pianino çalmaqla dəyərləndirir.
Saray uşaq incəsənət məktəbində fortepiano ilə məşğul olur.
Orta məktəbi əla qiymətlərlə bitirib, sonra da universitetə daxil olmaq istəyir.
O, bəstəkar olmaq, yeni-yeni, gözəl mahnılar bəstələməklə  tarixin yaddaşında qalmaq istəyir.
Uğurların bol olsun Rəhiməxanım!

Комментариев нет:

Отправить комментарий