elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 июля 2019 г.

Zəhra Çingiz qızı Hüseynli


Qəhrəmanımız körpəlikdə sakit, ünsiyyətcil bir qız olub. Rəsm çəkmək, velosiped sürməyi və nağıl kitabları oxumağı çox sevirdi. Məktəbə gedənə qədər yazıb-oxumağı öyrənmişdi. Məktəbəqədər hazırlıq kursunda 1 il təhsil alıb. 11 yaşında onda poeziyaya, ədəbiyyata güclü maraq yaranıb. Bəxtiyar Vahabzadənin şeirləri ilə yaxından tanış olduqdan sonra onda bu həvəs yaranıb.
Zəhra Çingiz qızı Hüseynli 21 sentyabr 2005-ci ildə Bakı şəhərində anadan olub. I sinfə 72 nömrəli məktəb-liseydə qədəm qoyub. Hazırda da bu məktəbin 7b sinfində təhsil alır. Dərslərinə səylə yanaşır və ən çox sevdiyi fənlər biologiya, fizika və coğrafiyadır. Məktəb tədbirlərinin hamısında iştirak edir. Tədbirlərdə əsas rolu ssenari yazıb dostları ilə birlikdə hazırlaşmaq olur. Şeir müsabiqələrində iştirak edib və yazdığı şeirlər münsiflər heyəti tərəfinfən bəyənilib.
Ən yadda qalan günü 2018-ci ildə biologiya olimpiadasında I yerə çıxmağı və məktəbimizin pilot sinfinə yüksək balla girməyi olub. 2016-cı ildə IVsinfi əlaçı bitirdiyinə, 2018-ci ildə Kenquru məntiq olimpiadasında yaxşı nəticə əldə etdiyi üçün təltif olunub. Bununla yanaşı biologiya olimpiadasında I yerə layiq görülüb.
Əldə etdiyi uğurlara görə ona hər zaman dayaq olan valideynlərimə və sinif rəhbəri Nərgiz müəllimə təşəkkür edir.
Gələcəkdə həkim olmaq istəyir. Asudə vaxtlarında mütaliə etməyi və musiqi dinləməyi çox sevir. Uşaqlar üçün hekayə və şeir yazmağı xoşlayır.
Tarixin yaddaşında yaşamaq üçün şeir və hekayələrindən ibarət kitabı çap etmək istəyir.

Комментариев нет:

Отправить комментарий