elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 июля 2019 г.

Əlizadə Səlma Nəsimi qızı

 
Əlizadə Səlma Nəsimi qızı 14 iyul 2008-ci ildə Bakı şəhərində anadan olub. Səlma körpəlikdə çox hərəkətli, heç nədən qorxmayan, düşdüyü hər bir mühitə tezliklə uyğunlaşan və yaşıdları ilə asanlıqla ünsiyyət qurmağı bacaran bir uşaq olub. O, hey­vanları çox sevir. Əsasən də pi­şik­lərə böyük marağı var. Hey­­­vanlarla oynamaq ona ra­hatlıq və hüzur verir.  Məktəbə gedənə qədər Səlma yazmağı və oxumağı öz-özünə öyrənmişdi. Hətta məktəbə gedəndə vurma cəd­vəlini belə əzbərdən deyə bilirdi. Onun istedadı 3 yaşı olan zaman ailəsi tərəfindən müşa­hidə olunub. Yaşının çox az olmasına baxmayaraq  rəsm dəftərində cızma qaralar edirdi.  Şəkil şəkməyə qarşı sevgisinin və həvəsinin günü-gündən çoxal­dı­ğını görən ailəsi onu rəsmə yaz­dıraraq, Xanım müəllimə hə­valə etdilər.  Daha sonra isə fərq­li kurslara qatıldı. Eyni zamanda Səlmanın çox gözəl piano çalma qabiliyyəti də var. 
Səlma Yasamal rayonu  53 №-li tam orta məktəbdə təhsil alır. Məktəbin ən istedadlı, qabaqcıl şagirdlərindən biridir. Tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur. Onun ən sevimli fənləri riyaziyyat, Azərbaycan dili, ədəbiyyat, ingilis dili və həyat bilgisidir.  Səlmanın bu fənləri sevib, üstünlük verməkdə məqsədi lazimi bilgilərin əldə edilə bilinməsidir. Bağçada  tədris alarkən Azərbaycan telekanallarının birində yayımlanan  serialın bir bölü­mündə şeir deməsi nümayiş olunub. Məktəbə başladıqdan sonra isə bütün tədbirlərdə iştirak edib. Hər il əlaçı olduğuna görə fəxri fərmanla təltif olunur. 26 fevral Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisində Səl­manın iki rəsmi fəxri fərmana layiq görülüb.  
Əldə etdiyi uğur və nailiyyətlərə görə valideynlərinə borclu olduğunu bil­dirir.  Onun ən böyük dəstəkçisi və arxa-dayağı ailəsidir. Səlma gələcəkdə hə­kim olmaq arzusundadır. Eyni zamanda ingilis dilinə marağı bö­yükdür.  
Asudə vaxtlarında şahmat oynamağı, piano çalmağı və kitab oxumağı  çox sevir.  Səlmanın ən böyük arzusu məktəbi əla qiymətlərlə bitirərək təhsilini Türkiyə Respublikasında almaqdır.

Комментариев нет:

Отправить комментарий