elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 июля 2019 г.

Bəşirli Amin Yaşar oğlu

Bəşirli Amin Yaşar oğlu 22 fevral 2007-ci ildə Bakı şəhərində anadan olub. Amin körpəlikdə sakit təbiətli, ağıllı və ağlağan uşaq olub. Güclü hafizəyə və qavrama qabiliyyətinə malik olması yaşının daha çox az olduğu zamanlardan özünü büruzə vermişdi.  Belə ki, o, anası tərəfindən öyrədilən uşaq şeirlərini bir dəfə eşitməklə əzbərləməyi bacarırdı.  Elmə, təhsilə olan marağı məktəblə hələ tanış olmamışdan qabaq yaranmışdı. Onu  yaşıdlarından fərqləndirən başlıca cəhət oyuncaqlardan daha çox qəzetə, kitaba olan sevgisi idi. Hətta valideynləri onu bu sevimli məşğuliyyətindən uzaqlaşdırmaq istədikdə Amin ağlamağa başlayırmış. İlk dəfə olaraq yazmağı, oxumağı və hesabat işlərini anasının köməkliyi ilə öyrənmişdir. O, ibtidai sinifə qədəm qoyan zaman artıq 1-ci sinif proqramını tam olaraq bilirdi. Bəşirli Amin Xətai rayonu Əhmədli qəsəbəsində yerləşən 64 saylı tam orta məktəbdə təhsil alır.  Tədris olunan bütün fənləri əla qiymətlərlə oxuyur. Sinif əlaçısıdır. Çox təmkinli və sakit xasiyyətə malik olması onu dərslərindən geri qoymur. Tam əksi olaraq diqqətini cəmləməsinə və dərsi dəqiqliklə mənimsəməsinə səbəb olur. Onun ən sevimli fənləri riyaziyyat və Azərbaycan dilidir. Bu fənlərdən sonra isə Aminin ikinci olaraq sevdiyi fənlər tarix və biologiyadır. İntellektual səviyyəsi, düşünmə qabiliyyətinin mükəmməlliyi, qavramasının güclü olaması onu riyazi və məntiqi biliklərin ölçən yarışmalarda rəqiblərini üstələməsinə səbəb olur.  Belə ki, Amin bu bacarıqlarına görə diplomlarla dəfələrlə təltif olunub.  Hər səfərində yeni diplom əldə etməsi onda  özünə inam və  güvən hissini daha da gücləndirir. Ailəsinin onunla qürür duyması, daim yanında olub dəstək çıxması Amində böyük ruh yüksəkliyi yaradır. Onun həyatında ən yadda qalan və sevimli günü doğum günləridir.  Bu gün onun bütün istəkləri yerinə yetirilir. Amin bu günə qədər əldə etdiyi uğurlara görə valideynlərinə və sinif rəhbəri olan, şagirlərini hər zaman doğru istiqamətə yönləndirən, uğurlarını öz uğuru hesab edən Gülnarə müəlliminədir. Aminin amma xüsusi təşəkkürləri ona daim dayaq olan, bütün istəklərini yerinə yetirən, məsləhətçisi və ən böyük dəstəkçisi olan anasınadır.  O, idman sahəsində öz bacarığını yeni sinamağa başlamasına baxmayaraq burada da seçilməyi bacararaq, müəllimin rəğbətini qazanıb.  Amin Azərbaycanın fəxri olan, dünyaca məşhur Rafael Ağayevin uğurlu fəaliyyətindən dolayı ona oxşamaq istəyir.  Gələcək planları uğurlu kariyera seçməkdir. Belə ki, o polis işçisi olub, peşəsini şərəf və ləyaqətlə icra edib ədaləti bərqərar etmək niyyətindədir.  O, bu fikrə lap uşaq yaşlarından düşüb. Amin asudə vaxtlarında intellektual səviyyəti daha da yüksəldən oyunlar oynamağı, televizora baxmağı, bədii kitablar mütaliə etməyi xoşlayır. O, peşəsində qəhramanlıq edərək tarixin yaddaşında  ən cəsur, qorxmaz və vicdanlı polis olaraq adını yazmaq istəyir.

Комментариев нет:

Отправить комментарий