elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

13 июля 2019 г.

Dadaşov Həsənrza Ələmdar oğlu

 
 
 
Dadaşov Həsənrza Ələmdar oğlu 26 iyun 2003-cü ildə Bakı şəhərində anadan olub. 
Uşaqlıqda çox sakit olub. Kompyuterə marağı daha  çox olub. Məktəbə gedənə qədər yazıb-oxumaq ona anası tərəfindən öyrədilib. Elə o zamandan hər şeylə maraqlanıb, suallar verib, cavab almağa çalışıb.  İstedadıyla bağlı maraq 7-ci sinifdən atasının tövhələriylə başlayıb. 
Həsənrzanın  ilk təhsil aldığı orta məktəb 205 nömrəli məktəbdir. Hal- hazırda da orda təhsil alır.
O, dərslərini çox yaxşı oxuyur,  müəllimləri də ondan razıdır,  xüsusən də sevimli direktoru Xoşqədəm müəllim.
Ən sevdiyi fənnlər riyaziyyat və informatika fənnləridir. Eyni zamanda bütün fənləri çox sevir. 
Həsənrza məktəbdə keçirilən  bir çox tədbirlərdə iştirak edib. Məsələn: son zəng, Xocalı soyqırımı, narkomaniyaya yox deyək, ekoloji problemlər, rəsm müsabiqələri, informatika olimpiadaları və s. Sonra isə "Ölkəmizi tanıyaq" devizi adı altında keçirilən məktəblər arası layihədə iştirak edib və digər məktəblilərlə bərabər Naxçıvana səyahət edib, oranın tarixi ilə tanış olub. Onun müsabiqələrdə, tədbirlərdə və bayramlarda əsas rolu komputerlə bağlıdır. İlk dəfə 2017-ci ildə "Ekoloji Tarazlıq" mövzusunda keçirilən rəsm müsabiqəsində qalib olub və "Tərifnamə" yə layiq görülüb. Daha sonra isə 2018-ci ildə "Azərbaycan gəncləri narkomaniyaya yox deyir" mövzusunda keçirilən rəsm müsabiqəsində qalib olub və "Sertifikat"-a layiq görülüb. Ən sonda isə 2019-cu ildə məktəbin ictimai işlərində aktiv və fəal iştirak etdiyinə görə məktəbin direktoru tərəfindən mükafatlandırılıb, "Təşəkkürnamə"yə layiq görülüb. Və bu da onun təhsilə daha çox marağının və sevgisinin olmasından irəli gəlir. Buna görə də çox sevinir. Həyatında ən uğurlu gün və ən sevincli günü məktəb direktoru Xoşqədəm müəllimin  205 nömrəli məktəbə rəhbər olaraq gəlməsi olub. Direktorun gəlməyi, onun yüksək zirvələrə addımlarının başlanğıcı oldu. Həsənrzanın bu qədər tədbirlərdə, müsabiqələrdə, olimpiadalarda və s. İştirak etməyinə və onun potensialının üzə çıxmasının səbəbkarı oldu.
O, əldə etdiyi uğur və nailiyyətlərə görə Allaha, valideynlərinə və məktəb direktoruna borclu hesab edir özünü. Allahına borcldur çünki, ona ağılı və zəkanı verən uca varlıqdır, valideynlərinə borcludur çünki, onların nəsihətləri və faydalı məsləhətləri onun formalaşmasında mühüm rol oynayır. Ona görə də zirvələrə yüksəldikcə ağılla hərəkət etməyi öyrənir, direktoruna borcludur çünki, onun gəlməyi ilə onun potensialını üzə çıxartdı və ona geniş imkanlar yaraydı, zirvələrə yüksəltdi. 
Həsənrza atasına oxşamaq istəyir. Onun kimi işində hörmət, etibar qazanan, onun kimi işinə məsuliyyətli və diqqətli, onun kimi ziyalı bir insan olmağı arzulayır. 
Gələcəkdə daha mükəmməl bir proqramçı kimi zirvəyə yüksəlmək və "Microsoft" şirkətində ən yüksək zirvədə işləməyi hədəf olaraq seçib. 
O, asudə vaxtlarında daha çox komputerdə proqramlarla məşğul olur, istirahət məqsədi ilə gözəl rəsmlər çəkir və bədahətən əruz vəznində şeirlər yazır,  bu da onu daha çox rahatlaşdırır.
Təsviri incəsənət, bir də ədəbiyyata daha çox üstünlük verir.
Gələcəkdə orta məktəbi bitirdikdən sonra universitetə qəbul olmağı, orada da məktəbdəki kimi hörmət qazanmağı və seçdiyi sahədə daha da uğur qazanmağı  planlaşdırır.
Həsənrza edəcəyi elmi ixtiralarla, xeyirxah işlərlə tarixin yaddaşında qalmaq arzusundadır.
Uğurların bol olsun Həsənrza!

1 комментарий:

  1. Salam aleykum.
    Sükanı berlə saxla.
    ƏLA.
    Allah zehin açıqlığı versin.Uğurlarını Allah həmişə bol etsin.Mənim ağıllı balam

    ОтветитьУдалить