elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

8 мая 2015 г.

Abdıyev Kənan Mahir oğlu

Bu dəfəki qəhərmanımız öz uğurları ilə həm məktəbdə müəllimlərinin, həm də valideynlərinin sevgi və rəğbətini qazanmış Kənandır. Abdıyev Kənan Mahir oğlu 28 oktyabr 1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. İlk təhsilini 56 saylı məktəbdə almış, hal-hazırda həmin məktəbdə təhsilini davam etdirir.
Kənan körpəlikdə dəcəlliyi və şıltaqlığı ilə valideynlərini nə qədər incitsə də hamının sevimlisi idi. Uşaqlıqdan kitablara marağı valideynlərinin diqqətini çəkirdi, əlinə qələm alıb arabir etdiyi cızma-qaralarla, valideynlərinin köməyi ilə məktəbə gedənə qədər başqalarından fərqli olaraq yazmağı öyrənmişdi. Hətta 3 yaşından müxtəlif şeirləri əzbərləməyə başlamışdı. Bu işdə xüsusiylə baba və nənəsi Kənana kömək edirdi. Bu onların sevimli məşğuliyyəti idi.
Kənan dərslərinə məsuliyyətlə yanaşır, dərslərini əla qiymətlərlə oxuyur. Məktəbin ən fəal şagirdlərindən biri olan Kənan məktəbin bütün tədbirlərində iştirak edir, hətta məktəbdənkənar tədbir və yarışlarda da məktəbin adını uğurla təmsil edir. Həmin tədbirlərdə çox vaxt şeir söyləyərək öz bədii qiraət istedadını nümayiş etdirir. O, bütün fənləri sevir, lakin onun gələcək ixtisası ilə birbaşa bağlı olduğu üçün texniki fənlərə daha çox üstünlük verir.
Kənan boş vaxtlarında idmanla məşğul olur. Sağlam həyat tərzi keçirmək onun əsas şüarlarından biridir. Eyni zamanda boş vaxtlarını kitab oxumaqla keçirir.
Kənanın gələcək planlarından biri orta məktəbi uğurla başa vurub ali məktəbə daxil olmaqdır. Onun seçimi Fövqəladə Hallar Nazirliyi Akademiysaında təhsil almaqdır. Kənan xilasedici olub çətin vəziyyətdə, köməksiz qalan insanları xilas etməyi peşə kimi arzulayır.
Kənanın uğurları hətta televiziyada da yayımlanmışdır. Onun 20 yanvar 2010-cu ildə Şəhidlər xiyabanında şeir söylədiyi fraqmentləri Türkiyənin Samanyolu televiziyasında da yayımlamışlar.

Biz də Kənana gələcək fəaliyyətində uğurlar arzulayırıq, Vətənin fəxri olan bir şəxsiyyət kimi yetişəcəyinə inanırıq!

Комментариев нет:

Отправить комментарий