elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

4 мая 2015 г.

Əlihümbətova Leyla Fərhad qızı

Əlihümbətova Leyla Fərhad qızı  26 noyabr 2006- cı ildə Bakı şəhərində anadan olub. Leyla körpəlikdə çox dəcəl və ipə-sapa yatmayan bir uşaq olub. Kiçik yaşlarınla domino daşlarından, kubiklərdən gözəl evlər tikib, tək başına oynamağı xoşlayayıb. Sonralar bu vərdişlərini rəsm çəkməklə əvəz edib.5 yaşında həm karandaş, həm də boya ilə gözəl şəkillər çəkməyə başlayıb.
Məktəbə gedənə qədər yazıb-oxumağı bacarıb. Bu işdə ona anası və böyük bacısı kömək edib.
Bakı şəhəri Şüvəlan qəsəbəsi 156 nömrəli tam orta məktəbdə oxuyur.
Dərslərinə ciddi hazırlaşır. Dərs əlaçısıdır və ən çox riyaziyyatı, rəsmi və idmanı çox sevir.
2011-2013-cü illərdə “Gül bayramları”nda tərbiyə aldığım 51 saylı uşaq bağçasını təmsil edib. 2012-ci ildən etibarən rayon üzrə keçirilən dövlət tədbirlərində “Lalələr” rəqs qrupu ilə çıxış edib. Şəhər üzrə keçirilən “Gül bayramı” və “Beynəlxalq uşaqlar günü” tədbirlərində rəqslə çıxış edib. Həyatında ən uğurlu gün Rəsm müsabiqəsində l yerə layiq görüldüyü gün olub. 2013-cü ildə Mərdəkan Mədəniyyət Sarayında “Mən rəsm çəkməyi sevirəm” devizi altında rəsm müsabiqəsi keçirilib. Leyla bu müsabiqədə 6-8 yaş qrupu olan uşaqlar arasında l yerə layiq görülüb. Bu uğurundan sonra onun rəsmə olan marağını birə-on artıb.
“Gül bayramı”-2011     Fərqlənmə Diplomu
“Gül bayramı”-2012     Tərifnamə
“Gül bayramı”-2013    Təşəkürnamə
“Mən rəsm çəkməyi sevirəm”-2013  l yer  Diplom
“Lalələr”-2014     Təşəkkürnamə
“Dilbər”-2014      Təşəkkürnamə
“Rəsm müsabiqəsi”-2014      Fəxri Fərman
“Lalələr”-2014       Fəxri Fərman
“Şəhidlik zirvəsi”  Rəsm-2015      Fəxri Fərman
Gələcəkdə rəssam olmaq istəyi onun ən böyük arzusudur.
Şəkil çəkməyi, rəqs etməyi, bir də idmanla məşğul olmağı çox sevir.
Gələcəkdə məktəbi əla qiymətlərlə bitirib, arzuladığım universitetə qəbul olunmaq istəyirəm. Bu arzuma çatmaq üçün isə daim keçirilən müsabiqələrdə iştirak etmək fikrindəyəm.
Yaddaşlarda qalmaq üçün Səttar Bəhlulzadə kimi dahi rəssamların əsərlərini öyrənmək və ondan bəhrələnmək istərdim.
Leylanın uğurları haqda 2014-cü il iyul-sentyabr aylarında Mədəniyyət kanalında yayımlanan “Rəqsin dili” verilişində, 2015-ci il mart ayında İctimai TV-nin hazırladığı Xəzər rayonu “Novruz şənliyi” tədbirində işıqlandırılıb.

1 комментарий: