Nuray uşaqlıqdan çox qeyri-adi bir uşaq idi. O çox
diqqətli, məntiqli və qavrama qabiliyyəti yüksək olan bir uşaq idi. Hələ iki
yaşında 30-dək gözəl şeirlər bilirdi, nağıllar danışırdı, özü düşünərək, yəni
hansısa şəklə baxmadan rəsmlər çəkirdi. Artıq 5 yaşından hərfləri öyrənmişdi, sözləri,
cümlələri sərbəst oxuyurdu.
Bu vərdişləri ona anası Xalidə İsmayılova aşılayıb.
Xalidə xanım ibtidai sinif müəlliməsidir və 5 il bağça müdiri işləyib. Lap
kiçik yaşlarında olanda o Nurayı kiçik yaşlı uşaqlar üçün "Bala dili",
"Sehirli dünya" və s. kimi jurnallara abunə yazdırmışdır.
İsmayılzadə Nuray Sultan qızı 2006-ci il yanvarın 22-də
Bakı şəhərində anadan olub. 2012-ci ildə Bakı şəhəri Binəqədi rayonu 83 saylı məktəb-liseyin
I sinfinə daxil olub. Hazırda həmin məktəbin III sinfində oxuyur. Əlaçı
şagirddir. Ən çox sevdiyi fənn "Ana dili "və "Riyaziyyat" fənnidir.
Nuray məktəbdə keçirilən tədbirlərdə, bayramlarda iştirak edir. Onun gözəl şeir
demək qabiliyyəti var.
Nuray tanınmış rəssam olmaq istəyir. Gələcəkdə isə
hüquqşünas olmaq arzusundadır. Anaların, bütün insanların hüquqlarını qorumaq, ədalətli
insanlara kömək etmək istəyir. Nuray fikirləşir ki, bu əsl insanlıqdır.
Kiçik qəhrəmanımız asudə vaxtlarında şəhərimizin görmədiyi
yerlərini gəzməyi, muzeylərə, sərgilərə getməyi xoşlayır. Nuray çəkdiyi rəsmlərdə
təbiəti təsvir etməyə üstünlük verir.
Kiçik Nuray gələcəkdə ali təhsilini Avropa ölkələrində
almaq istəyir. Sonda Nuray dedi: "Rəsm əsərlərimlə tarixin, ədalətimlə isə
insanların yaddaşında qalmaq istəyirəm."
Комментариев нет:
Отправить комментарий