Azərbaycan istedadlı gəncləri ilə həmişə tanınmışdır.
Belə gənclərimizdən biri də Selcan Vaqif
qızı İmanovadır. Selcan 2005-ci il
aprelin 21-də Bakı şəhərində anadan olmuşdur. Valideynləri deyir ki, Selcan körpəlikdə ağıllı bir uşaq olub. Onun ən
sevdiyi nağıl kitabları olub. Musiqiyə həvəsi olub, dörd yaşı olanda pianinoda
ifa etməyə maraq göstərib.
Selcan I sinfə gedənə qədər yazıb-oxumağı bilirdi.
Yazıb-oxumağı ona anası öyrətmişdi. Selcan 99 saylı məktəbin IV sinfində təhsil
alır, dərslərini çox yaxşı oxuyur, əlaçıdır. Məktəbə getdiyi ilk gün Selcan
üçün ən maraqlı gündür. II sinifdə oxuyanda təhsildə fərqləndiyinə görə fəxri fərmanla
təltif edildiyi gün isə ən uğurlu gündür.
Selcan əldə etdiyi uğurlarına və nailiyyətlərinə görə
anasına və müəlliminə borclu olduğunu hesab edir.
Selcanın
arzuları çoxdur, ən böyük arzusu isə savadlı, dövlətimizin adına layiq həkim
olmaq və insanlara kömək etməkdir.
Selcan 11 saylı Uşaq Musiqi Məktəbinin II sinif
şagirdidir. Pianinoda gözəl xalq mahnıları ifa edir.
Selcan asudə vaxtlarında piano ilə məşğul olur. Onun
fikrincə tarixin yaddaşında yaşamaq üçün gözəl sənət sahibi olmalıdır.
Arzusu, məqsədi böyük olan Selcana biz də uğur arzu
edir, dərslərində müvəffəqiyyətlər diləyirik.
Комментариев нет:
Отправить комментарий