Əlihümbətova Nəzrin Fərhad qızı 7 dekabr 2004-cü ildə anadan olub. Nəzrin körpəlikdə çox sakit uşaq olub. Onun maraq dairəsi olduqca geniş olub. O, uşaqkən rəqs etməyi, kitab oxumağı, şeir əzbərləməyi, şəkil rəngləməyi çox sevib. Az vaxt ərzində şeirləri asanlıqla əzbərləyib və onu əzizlərinə söyləməkdən xüsusi həzz alıb. 4-5 yaşlarında Nəzrin həm oxumağı, həm də yazmağı bacarıb. Oxumağı ona anası öyrədib.
2011-ci ildə ulu öndər Heydər Əliyevin 88 illik yubileyi ilə əlaqədar uşaq bağçaları arasında müxtəlif nominasiyalar üzrə müsabiqə keçirilib. Nəzrin tərbiyə aldığı 51 saylı bağçanı “Ağ çiçəyim” rəqsi ilə təmsil edib və rayon üzrə II yerə layiq görülüb. Bundan sonra rəqsə olan marağı daha da artıb və rəqslə daha ciddi məşğul olmağa başlayıb.
Bakı şəhəri Şüvəlan qəsəbəsində yerləşən 156 saylı tam orta məktəbdə təhsil alır.
Dərslərini əla qiymətlərlə oxuyur. Dərs əlaçısıdır. Sevdiyi fənnlər Riyaziyyat, İngilis dili və Azərbaycan dilidir.
Əvvəllər “Gül bayramları”nda bağçanı təmsil edib. 2012-ci ildən etibarən rayon üzrə keçirilən Dövlət tədbirlərində “Lalələr” rəqs qrupu ilə, şəhər üzrə keçirilən “Gül bayramı” və “Beynəlxalq uşaqlar günü” tədbirlərində “Dilbər” rəqs qrupu ilə çıxış edib. Həyatında ən uğurlu gün rayon üzrə 18 məktəb arasında keçirilən “Bilik yarışması”nda l yerə layiq görüldüyü gün olub. Son uğuru isə 22 aprel 2015 tarixində məktəb turundan uğurla keçib şəhər turuna vəsiqə qazanmağı olub. Buna görə o, həm Səadət müəllimə,həm də valideynlərinə minnətdardır. Onların ümidlələrini doğrultmağa çalışır. Gələcəkdə öz müəlliminə bənzəmək istəyən Nəzrin, bununçün əlindən gələni edir.
Bu günədək qazandığı uğurların bir qismi aşağıdakılardı
“Gül bayramı”-2011 fərqlənmə diplomu
“Mən rəsm çəkməyi sevirəm”-2013 fəxri fərman
“Bilik yarışı”-2014 ll yer Diplom
“Bilik yarışı”-2014 l yer Diplom
“Bilik yarışı”-2014 l yer Diplom
“Gül bayramı”-2014 Təşəkkürnamə “Lalələr” qrupu
“Gül bayramı”-2014 Təşəkkürnamə “Dilbər” qrupu
Rəsm müsabiqəsi-2014 Fəxri Fərman
“Lalələr”-2014 Fəxri Fərman
“Dilbər”-2015 Diplom
Asudə vaxtlarında rəqs edir, mütaliə ilə məşğul olur.
İlk növbədə məktəbi əla qiymətlərlə başa vurub, ən yüksək balla universitetə qəbul olunmaqdır.
Gözəl pedaqoq olub, şagirdlərinin sevimlisi olmaq və əməkdar müəllim kimi yüksəlmək arzusundadı.
Nəzrinin fəaliyyəti 2014-cü il iyul və sentyabr aylarında Mədəniyyət kanalında yayımlanan “Rəqsin dili” verilişində, 2015-ci il mart ayında İctimai TV-nin hazırladığı Xəzər rayonunda “Novruz şənliyi” tədbirlərində işıqlandırılıb.
Sizə uğurlar...
ОтветитьУдалитьRamil