Fedorenko Darya Daniilovna 5 aprel 2002-ci ildə
Qazaxıstan Respublikasının Almatı şəhərində doğulmuşdur. İlk təhsilini Almatı şəhəri,
27 saylı gimnaziyada almış və IV sinfə qədər davam etdirmişdir. 2013-cü ildə ailəsi ilə
birlikdə Azərbaycan Respublikasına köçmüşlər. Hazırda Bakı şəhərində yaşayır və
Nərimanov rayonu 207 saylı orta məktəbin şagirdidir.
Valideynlərinin dediyinə görə Darya daima hərəkətdə
olan, hər bir şeylə maraqlanan, rəsm çəkməyi və rəqs etməyi xoşlayan uşaq olub.
3 yaşından rəsm çəkməyə marağı daha da artmışdır.
Daima rəngli qələm və rəsm dəftəri götürüb, nələrin isə şəklini çəkməyə
çalışırdı.
Sonradan, məktəb illərində əl işləri ilə də məşğul
olmağa başlayıb. Bu sahədə anası ona müəyyən köməklik göstərib və bacarığını
inkişaf etdirib.
Darya məktəbə gedənə qədər nənəsinin köməyi ilə
yazıb-oxumağı da öyrənmişdir.
Darya məktəbdə əlaçı şagirdlərdəndir. Sevimli fənləri
riyaziyyat, rus-dili, ədəbiyyat, tarix və biologiyadır.
2014-cü ildə onun hazırladığı gül kompozisiyası
nümayiş etdirilib. Digər bayramlarda habelə, Xocalı soyqrımına həsr olunmuş
tematik rəsmləri məktəbdə sərgilənib.
Darya gələcəkdə dizayner olmaq fikrindədir. Hazırda əsas
meyli inteyner və landşaft dizaynına tərəfdir. O, həmçinin, rəsm çəkmək qabiliyyətini də inkişaf etdirmək
istəyir. Daha gözəl əsərlərlə insanların zövqünü oxşamağı arzulayır.
Darya asudə vaxtlarında kitab oxumağı, rəsm çəkməyi,
müxtəlif əl işləri hazırlamağı xoşlayır. Həmçinin, fotoşəkil çəkməyə marağı da
vardır. Qazaxıstanda yaşayan vaxtlarda qum üzərində rəsm çəkmək dərnəyinə də
getmişdir. Hazırda isə rəqs dərnəyinə
gedir.
Əldə etdiyi bütün uğurlara görə Darya valideynlərinə və
müəllimlərinə borclu olduğunu söyləyir.
O,seçdiyi ixtisas üzrə biliklərini daima artırıb, həmin
sahədə yüksək zirvələrə çatmaq və insanların yaddaşında qala biləcək əsərlər
yaratmaqla tarixə düşmək istəyir.
Arzuları, məqsədləri böyük olan Daryaya biz də uğurlar
arzu edir, müvəffəqiyyətlər diləyirik.
Комментариев нет:
Отправить комментарий