Azərbaycanın gənc istedadlarından biri də Mahirə Məhəbbət
qızı Əsədzadədir. Valideynləri deyir ki, Mahirə uşaqlıqdan sakit, ağıllı, sözəbaxan
uşaq olub.Oyun oynamağı çox sevib. Mahirə
27 avqust 1999-cu ildə Bakı şəhərində anadan olmuşdur. Məktəbə gedənə qədər
saymağı ,yazıb-oxumağı bilirdi. 2-ci sinfə keçəndə artıq valideynləri hiss edib
ki, Mahirədə fərqli istedad var.
Mahirə birinci sinfə Laçın rayon 40 saylı məktəbdə
gedib. Hazırda isə Etibar Əliyev adına 162 saylı orta məktəbdə təhsilini davam
etdirir. Dərslərinə mütəmadi hazırlaşır. Əla qiymətlərlə oxuyur. Ən sevdiyi fənn
isə riyaziyyatdır. Mahirə məktəbdə keçirilən bütün tədbirlərdə fəal iştirak
edir, aparıcı kimi çıxış edir.
Hər gününü düzgün dəyərləndirməyə çalışır. Mahirə diplomlarla
təltif edilib. Belə ki: 27 Aprel 2012-ci il tarixli "Zərifə Əliyeva - Ana,
qadin və alim" mövzusunda inşa müsabiqəsi üzrə, 24 Fevral 2013-cü il
tarixli "Mənim doğma ana dilim" mövzusunda inşa yazı müsabiqəsində II yer tutduğuna görə,
"Mən teatr haqda danışmaq istəyirəm" bədii qiraətçilərin baxış
müsabiqəsi üzrə diplomlara layiq görülüb.
Mahirə əldə etdiyi uğurlarına və nailiyyətlərə görə valideynlərinə borclu olduğunu düşünür.
Yaşıdları arasında seçilməyinin başlıca səbəbi isə güclü iradəsi və məqsədyönlü
olmağıdır.
Onun gələcək barədə əsas planı istədiyi ixtisas üzrə
ali məktəbə daxil olmaq və gələcəkdə sahəsi üzrə yaxşı mütəxəssis olmaqdır.
Gələcəkdə kimya mühəndisi olmaq istəyir. Anası bu
ixtisası bitirib.
Mahirə asudə vaxtlarında musiqi dinləməyi,bilmədiyi
maraqlı faktlar haqqında məlumat əldə etməyi,maraqlı əsərlər oxumağı xoşlayır.
O, "Mən böyümüşəm" verilişində çıxış
etmişdir.
Arzusu, məqsədi böyük olan Mahirəyə biz də uğur
arzu edir, dərslərində müvəffəqiyyətlər diləyirik.
Комментариев нет:
Отправить комментарий