elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

17 августа 2016 г.

Abbasova Zərifə Müşviq qızı

Valideynləri Zərifənin uşaq vaxtı adı kimi zərif və çox sakit uşaq olduğunu deyirlər. Məktəbə getmədən də yazıb-oxumağı bilirdi. Uşaq bağçasında öyrənmişdi. 4 yaşından şahmata gedir. Qardaşına baxıb həvəs yarandığını deyir valideyinləri.
Balaca şahmatçımız Abbasova Zərifə Müşviq qızı 24 yanvar 2009-cu ildə Bakı şəhərində anadan olub. 6 saylı məkəb-liseyin şagirdi olan Zərifənin sevimli fənnləri riayziyyat, rus dili  və musiqidir.
Zərifə 2015-ci ildə III dərəcə normativini toplayaraq I yeri qazanmışdır. 2015-ci il yanvarın 28-də isə 24 saylı UGYM-də keçirilən “Sağlam həyat tərzi” rəsm müsabiqəsində iştirak etdiyinə görə fəxri fərmanla təltif edilib. 2016-ci ildə isə 8 yaşlı qızlar arasında Bakı çempionatında III yer əldə etmişdir. 2016-cı il may ayında “Naxçıvan Open” şahmat turnirində 8 yaşlı qızlar arasında II yeri eldə edib.
Əldə etdiyi uğurlara görə özünü atası Müsviq Abbasova borclu bilir. Zərifə istəyir ki, atası kimi tanınmış bir insan olsun, adı çəkilən zaman hamı onu tanısın.
Boş zamanlarında televizora baxır, mütaliə etməyi sevir.

Biz də, Zərifəyə şahmat sahəsində və gələcək həyatında uğurlar arzu edirik.

Комментариев нет:

Отправить комментарий