elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

17 августа 2016 г.

Abbasov Azad Müsviq oğlu

Bu günün şahmatçısı, gələcəyin həkimi Abbasov Azad Müsviq oğlu 28 dekabr 2005-ci ildə Bakı şəhərində anadan olub. Hazırda 6 saylı məktəb-liseydə oxuyan Azad bütün dərslərini həvəslə oxusa da ən sevdiyi fənnlər ingilis dili və riyaziyyatdır.
Azad şahmat sahəsində olan uğurlarına görə 2012-ci ildə III dərəcə qazanıb. 2010-cu ildə IV, 2013-cü ildə II, 2014-cü ildə isə I dərəcəli şahmatçı adını əldə edib. Azadın uğurları bununlada bitmir. 2015-ci ildə Dubayda keçirilən şahmat yarışında ən yaxşı sonluğa görə diplom əldə edib.
Qeyd edək ki, Azad “BU ŞƏHƏRDƏ”-nin ssenaristi Müşviq Abbasovun oğludur.
Valideyinlərinin sözlərinə görə, Azad çox nadinc uşaq olub, ancaq televizora baxanda sakit olurdu. Maraqlı oyunlara baxirdı. Məktəbə getməmişdən əvvəl yazıb-oxumağı bağçada öyrənmişdi, eyni zamanda anası da kömək edirdi. Beş yaşında atası Müşviq Abbasovun istəyi ilə şahmata getmişdir və zamanla özündə də istək yaranır. Qazandığı uğurlar buna baris nümunədir. Qazandığı uğurlarına görə valideynlərinə borclu olduğunu deyir.
Məqsədi şahmat üzrə dünya çempionu olmaqdır. Azadın ən böyük arzusu isə həkim olmaqdır. Əlavə olarq üzgüçülüklə məşğuldur.
Gələcək planlarına şahmat üzrə idman ustası olmaq, sonra beynəlxalq qroysmester pilləsinə qədər ucalmaq daxildir. Tarixin yaddaşında ilk Azərbaycanlı dünya çempionu kimi qalmağı hədəfləyib, balaca qəhrəmanımız.
Biz də “İstedadlar.biz” redaksıyası olaraq Azada uğurlar arzu edirik.

Комментариев нет:

Отправить комментарий