elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

16 августа 2016 г.

Abasov Nicat Murad oğlu

İsdedadlı insanlar uşaq yaşından fərqlənir. Kimisi ilahi vergini inkişaf etdirər, kimisi də zamanın öhdəsinə buraxaraq isdedadını şairlərin dili ilə sandıqda gizlədər. Əgər istedadlısansa və bunu anladınsa yolunu o andan etibarən təcrübəli insanlar tərəfdən sal. Nicat da öz istedadını, təcrübələrini bizə belə danışdı.
Nicat körpəlikdə aktiv, ağıllı, sual verməyi sevən bir uşaq idi. Şəkilli kitablar oxumağı, uşaqlar üçün olan intellektual cizgi filmlərə baxmağı sevirdi, basketbola həvəsi var idi. O, məktəbə getməzdən əvvəl yazıb-oxumağı dayısının sayəsində öyrənmişdi.
Abasov Nicat Murad oğlu 21 mart 2002-ci ildə Abşeron rayonu Saray qəsəbəsində dünyaya göz açıb. İlk övlad olduğu üçün dünyaya gəlişi çox sevindirici olub.
Nicat: İlk təhsilimi İdrak liseyində almışam. Sonra isə Saray qəsəbə Mikayıl Ələkbərov adına 1 saylı məktəbində davam etdim. Həyatımda ən uğurlu günüm yüksək balla Nizami Gəncəvi adına Texniki Təbiət Elimlər liseyinə qəbul olduğum gündür.
Hazırda liseydə təhsil alıram. Dərslərimi əla qiymətlərlə oxuyuram. Ən çox sevdiyim ingilis dili fənnidir. Şəhər tədbirlərində fəal iştirak etmişəm. Həmçinin də esse müsabiqəsinin qalibi olumuşam. İngilis dilində “Halloven” bayramında təmtəraqlı şəkildə iştirak etmişəm.
Göstərdiyim yüksək nalliyyətlərə görə 2010, 2011, 2012, 2013-cü illərdə fəxri fərmanla təltif edilmişəm. Məktəbdaxili yarışlarda II yerin tutmuşam. Həmin günü həm özüm çox sevinmişəm, həm də valdeyinlərimi qürurlandırmışam.
Əldə etdiyin uğura görə atdığım hər addımda mənə arxa-dayaq olan, mənim uğurlu olmam üçün hər şey edən, həyatımda ən çox dəyər verdiyim ailəmə, xüsusi olaraq da nənəmə özümü həmişə borclu hiss edirəm. Nalliyyətlərimdən dolayı dayıma bənzəmək istəyirəm. Yüksək balla ali məktəbə qəbul olub sevdiyim peşəyə yiyələnmək istəyirəm.
Asudə vaxtalarımda bədii əsərlər oxumağı, idmanla məşğul olmağı, xususilə basketbol oymamağı xoşlayıram. Gələcəkdə vətənə, millətə yararlı övlad olmağı düşünürəm.

Uğurların daha bol olsun!

Комментариев нет:

Отправить комментарий