elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

7 августа 2016 г.

Ayla Zabil qızı Kəlbiyeva

Növbəti qəhrəmanımız Ayladır.  Ayla Zabil qızı Kəlbiyeva. Ayla körpəlikdən çox bacarıqlı uşaq olub. Musiqiyə böyük həvəsi var idi. Hələ 5 yaşındaykən Resbublika Uşaq Filarmoniyasına Oktay Zülfüqarovun rəhbərlik etdiyi “Bənövşə” Uşaq Xoruna gedib. Oktay müəllimin sayəsində xeyli mahnılar öyrənib. Öz mahnılarından ibarət mini diski var idi. Ayla Oktay Zülfüqarovun yanında məşqlər edən zaman onun fortepianoda necə çaldıqına diqqətlə baxırdı. Aylanın fortepiano üzrə oxumasını təklif elədi.
Ayla məktəbə gedənə qədər yazıb-oxumağı da bacarırdı. Buna uşaq bağçasındakı tərbiyəçilərin sayəsində nail olmuşdu.
Ayla 2005-ci il iyunun 10-da Bakı şəhərində dünyaya göz açmışdır. Azərbaycan Milli Konservatoriyası tərkibində Resbublika İncəsənət Gimnaziyasının V sinif  şagirdidir. Eyni zamanda fortepiano ixtisası üzrə təhsil alır.
Ayla dərs əlaçısıdır. Uğurlarına heç də asanlıqla nail olmayıb. Öz üzərində səylə çalışıb, musiqi dünyasının zəngin ifalarına gərgin əməyi sayəsində nail olub. Məhz çalışqanlığı, musiqiyə hədsiz marağı sayəsində 2013-cü ildə Maltada keçirlən “Violin and friends” beynəlxalq müsabiqəsində III, 2014-cü ildə Fransada N. Rubinşteyn adına müsabiqədə II, 2015-ci ildə İtaliyada “Ciitta Pızaro” adlı müsabiqədə II yerin qalibi olub.
Ayla deyir: 2016-cı ilin yanvarı mənim üçün uğurlu olub. ABŞ-da “Amerikan Proteje” beynəlxalq müsabiqəsində işdırak edəcəyəmi eşitdikdə sevincimin hədd-hüdudu yox idi. Bu nüsabiqəyə qatılaraq II yerə layiq görüldüm.
İsdedadlı yeniyetməmiz qazandığı naliyyətlərlə kifayətlənmir, daha möhtəşəm auditoryaların alqışlarını qazanmaq istəyir və bu arzularının gərçəkləşməsi ücün səylə çalışır.

Biz də sənə bundan sonrakı həyatında, dərslərində, musiqi fəaliyyətində uğurlar arzu edirik.

Комментариев нет:

Отправить комментарий