elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

29 августа 2016 г.

Həsənzadə Vüqar Vidadi oğlu

 

Həsənzadə Vüqar Vidadi oğlu 20 mart 2005-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Vüqar körpəlikdə sakit, ağıllı, mülayim, hər şeylə maraqlanan həssas, şirin, yaraşıqlı uşaq olub. Yaşıdlarından fərqli olaraq tez dil açıb. Anasının köməyi ilə məktəbə gedənə qədər bütün hərfləri öyrənmiş, saymağı bacarmışdır. Vüqar hələ bağça yaşlarından məktəbə can atmış, özündən böyük uşaqlardan dərs, təlim qaydaları almışdır. Çox həssas uşaq olduğu üçün ətrafındakı bütün hadisələri diqqətlə müşahidə etməyi, suallar verməyi çox sevib.
2010-cu ildə Bakıxanov qəsəbəsindəki Modern tədris mərkəzində məktəbəqədər hazırlıq kursuna gedib. Vüqar Bakıxanov qəsəbəsindəki 309 saylı orta məktəbdə təhsil alır. Dərs əlaçısıdır. Ən çox dəqiq fənlərə maraq göstərir. Məntiqi məsələlər həll etməyi çox sevir. Məktəbdə təşkil edilən bütün tədbirlərdə iştirak edir və bir çoxlarının aparıcısı olub. O, öz nümunəvi hərəkətləri ilə sinif uşaqları arasında seçilərək müəllimlərinin sevimlisi olub. Vüqar müəllimini dərin məhəbbətlə sevir və uğurlarına görə özünü müəlliməsi Mədinə Əliyevaya və anasına borclu bilir. I və II sinfi bitirdiyi zaman tərifnamələrlə təltif olunmuşdur. Dəqiq fənlərə olan marağı onu şahmata yönləndirib. Şahmat kurslarına gedib və yarışda iştirak edib. Üzgüçülüyə olan həvəsi bu gün Vüqarın yaxşı üzgüçü olmasına şərait yaradıb. Eyni zamanda idmanın karate növü ilə də məşğul olur. Asudə vaxtlarını kompüter oyunları oynamaqla, açıq havada gəzməklə keçirir. Vüqar həkim olaraq insanlara kömək etmək, sağlamlıqlarının qayğısına qalmaq istəyir.

Lakin yaşının az olduğunu nəzərə alaraq hələ irəlidə onun arzularının dəyişəcəyini güman etmək olar. Hansı sahədə olursa olsun, işini yaxşı bilən savadlı mütəxəssis olmasını arzulayırıq. 

Комментариев нет:

Отправить комментарий