elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

17 августа 2016 г.

Riad Ramin oğlu Hüseynzadə

Azərbaycan və bütövlükdə türk dünyası ictimai fikrinin ən böyük nümayəndəsi və ideoloqu, uzun illər filosof, alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmiş və bu sahələrin hər birində özünəməxsus iz qoymuş türk yazarı, böyük mütəfəkkir Əli bəy Hüseynzadə nəslinin davamçılarından olan Riad Ramin oğlu Hüseynzadə 14 aprel 2009-cu ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Ailənin sonbeşiyi olan Riad böyük ürək və dərin düşüncə sahibidir. Daim gülərüz olan Riada hər kəs ilk baxışdan heyran olur. O, hər kəslə rahat ünsiyyət yaradır. Riad tir tüfəngindən sərrast atəş etməyi bacarır.
Orta təhsilə ilk qədəmlərini 6 №-li məktəb-liseydə atan Riad hazırda 164 saylı orta məktəbdə təhsilini davam etdirir. II sinif şagirdi olan Riad məktəb dərslərindən əlavə ingilis dili kurslarına gedir və bununla yanaşı kung-fu döyüş sənəti ilə məşğul olur. Riyaziyyat dərsini çox sevir. Vurma cədvəlini 6 yaşında ikən böyük qardaşı ilə bərabər öyrənib.
Gələcəkdə Böyük Britaniyada təhsil alaraq iqtisadçı olmaq istəyən balaca istedadımız qazanacağı pullarla kimsəsiz və xəstə uşaqlara yardım etmək arzusu ilə yaşayır.

Gülərüz, şirin balamıza təhsilində və gələcək işlərində davamlı uğur və nailiyyətlər, o cümlədən Hüseynzadələr nəslinə layiqli övlad olmasını arzu edirik. 

Комментариев нет:

Отправить комментарий