elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

26 августа 2016 г.

Babayev Fəttah Fərhad oğlu

Valideynləri Fəttahın körpəlikdən dəcəl, eyni zamanda ağıllı uşaq olduğunu deyirlər. Hər bir hadisə haqqında məlumatlanmağa çalışır. Dörd yaşından rəqslə və şahmatla məşğul olur, rəsmə böyük marağı var. Yazmağı çox sevir anası tərəfindən öyrədilib ilk olaraq. Şahmata marağı üç yaşından var hazırda qardaşının müəlliməsi Natəvan xanımdan dərs alır.
Babayev Fəttah Fərhad oğlu 20 aprel 2012-ci ildə Bakı şəhərində anadan olub. Hazırda uşaq bağçaya gedir. İngilis və rus dillərində şeirlər bilir, yaşıdlarından çox fərqlənir istedadlı və ağıllı olması ilə. Bağçada keçirilən tədbirlərdə fəal iştirak edir. Ən çox sevdiyi “Ana” şeiridir. Dərslərini əla oxumaq və eyni zamanda şahmatçı olmaq arzusundadır.
Ən böyük arzusu əvvəlcə Bakı çempionu, sonra isə respublika çempionu olmaqdır. Gələcək hədəflərindən biri isə həkim olmaqdır. Humanist olması onda bu istəyi yaradıb.
Boş vaxtlarını şahmat oynamaqla və qardaşı ilə gəzintiyə getməklə keçirir. Qəhrəmanlarımızın şəklini çəkməyi çox sevir. Bu Fəttahın vətənpərvər bir usaq olduğunu, eyni zamanda gələcəkdə də  nümunəvi bir vətəndaş olacağından xəbər verir.
Həkim olmaq istəyində isə xəstə insanlara şəfa vermək arzusu dayanır. 4 yaşından artıq Fəttah kitabların dostu olmağı və dərslərini yaxşı oxumağı düşünür.
Qeyd edək ki, redaksiyamızında bu yaşda istedadını qeyd etdiyimiz ilk istedadımızdır.


Комментариев нет:

Отправить комментарий