elan

1. Elan-Elan-Elan:Redaksiyamıza Bakı, Sumqayıt və digər bölgələrdə çalışacaq ştatdankənar müxbirlər tələb olunur. Bir ay sınaq müddəti olacaq. Maraqlananlar aşağıdakı nömrələr və e-maillə əlaqə saxlaya bilərlər.
2. “İstedadlar.biz” redaksiyası və www.istedadlarla.blogspot.com saytı yeniyetmə və gənclər arasında “Vətənimi tərənnüm edirəm” başlıqlı müsabiqə keçirir. Müsabiqə bir neçə yaş qrupunda və bir neçə nominasiyada keçiriləcək. Müsabiqədə xarici ölkələrdə təhsil alan azərbaycanlılar da iştirak edə bilərlər.
Yaş qrupu.
6-9 yaş qrupu
10-13 yaş qrupu
14-17 yaş qrupu
18-24 yaş qrupu
25-29 yaş qrupu
Nominasiyalar
Nəzm və nəsr əsərləri
Rəsm və təsviri incəsənət
İnşalar
Dekorativ tətbiqi sənət
Müsabiqədə iştirak etmək istəyən şəxslər işlərini müsabiqəyə bir neçə üsulla təqdim edə bilərlər.
Bakı şəhəri. Mətbuat pr. 529-cu məhəllə. “Azərbaycan” nəşriyyatı, III mərtəbə , 98-ci otaq. Bu ünvana bilavasitə gətirməklə.
Yuxarıda göstərilmiş ünvana poçt vasitəsilə göndərməklə. “Müsabiqə üçün” qeydi olmalıdır.
guneshjurnali@mail.ru elektron ünvanına göndərməklə.
Müsabiqəyə təqdim edilən işlərdə aşağıdakı məlumatlar mütləq öz əksini tapmalıdır:
İştirakçının soyadı, adı, atasının adı.
Doğum tarixi (gün, ay, il)
Təhsil ocağı və sinfi
Dəqiq yaşayış ünvanı
Ev və mobil telefonu
1 ədəd fotoşəkil
Bakı. Mətbuat pr. 529-cu məhəllə. "Azərbaycan" nəşriyyatı. III mərtəbə. 98-ci otaq.
əlaqə nömrələri: 5382322, 4086820, 4082954 e-mail: guneshjurnali@mail.ru

9 мая 2018 г.

Sadıqov Həsən Asif oğlu

Sadıqov Həsən Asif oğlu 10 sentyabr 2007-ci ildə Bakı şəhərində anadan olub. Həsən körpəlikdə dəcəl uşaq olub. Düşünmə qabiliyyətinə görə digər uşaqlardan seçilirdi. Məlumatı olmadığı bir məsələ haqqında danışmaz, hər suala düşünüb cavab verərdi. 1 yaşından dil açıb, artıq 2-3 yaşı olanda kiçik şerlər söyləyirdi. Kiçik yaşlarından hər şeylə maraqlanar, çoxlu suallar verərdi. Plastilinlə müxtəlif obrazlar yaratmağa çalışardı, həmçinin şəkil çəkməyə marağı var idi. Müxtəlif oyuncaqları hissələrə ayırmaq, yenidən yığmağı çox sevərdi. Saymağı valideynlərinin sayəsində çox tez öyrənmişdi.
İlk təhsilini Nəsimi rayon 14 saylı məktəbdə almağa başlayıb. Hal-hazırda həmin məktəbin Mətanət müəllimənin rəhbərlik etdiyi 5c sinif şagirdidir. Həsənin şəkli qardaşı Kənanın şəkli ilə birgə məktəbin “Şərəf lövhəsi”ndən asılıb. Onun ən sevdiyi fənlər Azərbaycan dili, riyaziyyat, ingilis dili və tarixdir. Həsən sevdiyi fənlərin onun üçün çox əhəmiyyətli olduğunu yaxşı bilir. Məktəbdə keçirilən tədbirlərdə həmişə fəallığı ilə seçilir.
2015-ci ildə “İdeal vətəndaş” jurnalında onun haqqında məqalə çap olunub. “Perspektiv-D” tədris mərkəzində təşkil olunmuş sınaqlarda 2 dəfə 1-ci yeri qazanmış, təltif olunmuşdur.
Müsahibimiz qazandığı nailiyyətlərə görə ona bütün sahələrdə dəstək olan valideynlərinə və öncə Mətanət müəllimə olmaqla bütün müəllimlərinə minnətdardır.
Asudə vaxtlarında müxtəlif tipli test tapşırıqları həll edir. Sazda ifa etməyə həvəsi var, bunun üçün bu sahəyə də vaxt ayırır. Rus dilinə marağı olan Həsən sərbəst şəkildə rus əlifbasını öyrənmişdir. İdmanla məşğul olur.
Gələcəkdə həkim olmaq, xəstələri sağlamlığına qovuşdurmaq arzusundadır. Yaxın gələcəkdə “Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyi”nin şagirdi olmağı qarşısına məqsəd kimi qoymuşdur. Biz də müsahibimizə uğurlar arzu edirik, inanırıq ki, qəbul imtahanlarında 1-ciliyi qazananlardan biri də o olacaqdır!

Комментариев нет:

Отправить комментарий